Sosial şəbəkələrdə "Arzum999" kimi tanınan İlduza Hacıyevanın məhkəmə hökmündən sonra məsələyə münasibət bildirən şəxslər arasında Nigar Fərhad da yer alıb. O, mərhumun ailəsinə müraciət edərək humanist mövqe nümayiş etdirməyə və bağışlanma çağırışı etməyə çalışıb.
Lakin bu paylaşım sosial şəbəkələrdə fərqli müzakirələrə də səbəb olub. Bir sıra istifadəçilər sual edirlər ki, Nigar Fərhadın rəhbərlik etdiyi şirkətlə bağlı daha əvvəl müxtəlif şəxslər tərəfindən səsləndirilən çoxsaylı şikayət və vəsaitlərin mənimsənilməsi barədə iddialar niyə indiyədək ictimaiyyət qarşısında ətraflı cavablandırılmayıb?
Sosial şəbəkələrdə yayılan rəylərdə "başqasına dəstək verməzdən əvvəl öz fəaliyyəti ilə bağlı iddialara aydınlıq gətirməlidir" fikirləri də səsləndirilir.
Bununla yanaşı, qeyd edilməlidir ki, sözügedən iddialarla bağlı məhkəmə tərəfindən qüvvəyə minmiş hər hansı yekun qərar barədə redaksiyamızda rəsmi məlumat yoxdur. Bu səbəbdən həmin iddialar hüquqi baxımdan yalnız iddia xarakteri daşıyır.
Əgər Nigar Fərhad və ya təmsil etdiyi şirkət məsələ ilə bağlı mövqeyini redaksiyamıza təqdim edərsə, qarşı tərəfin cavabı olduğu kimi dərc olunacaq.
İctimaiyyət isə hesab edir ki, cəmiyyət qarşısında mövqe sərgiləyən hər bir tanınmış şəxs eyni zamanda öz fəaliyyəti ilə bağlı səslənən suallara da şəffaf şəkildə cavab verməlidir.