• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib- FOTOLAR

Cəmiyyət

24-10-2023, 20:16

Bakıda keçirilən 3-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda 2023-cü il Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu barədə fikir mübadiləsi aparılıb.
Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə 3-cü DİM Dialoqu keçirilib.
“2023-cü il “Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu” mövzusunda keçirilən tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinin və 2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının DİM-lər ilə sıx uzlaşdığı diqqətə çatdırılıb. Baş nazirin müavini ölkəmizlə BMT arasında mövcud olan münasibətləri qeyd edib, beynəlxalq əməkdaşlıq platformaları çərçivəsində aparılan müzakirələrin qlobal çağırışlara adekvat cavab verilməsi imkanlarını artırdığını bildirib. Qeyd edilib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün kompleks tədbirlər uğurla həyata keçirilir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva DİM üzrə bu ilin sentyabr ayında keçirilən sammitin öhdəliklərinə əsasən, inklüziv dayanıqlı inkişafa nail olmaq üçün BMT-nin bütün maraqlı tərəflərlə işləməyə davam edəcəyini bildirib. Qeyd olunub ki, BMT
Azərbaycanın 2024-cü ildə DİM-in icrasına dair Dördüncü Könüllü Milli İcmalı təqdim etmək planlarını alqışlayır və bu mühüm fəaliyyəti dəstəkləməyə hazırdır. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DİM-lər üzrə səmərəlilik auditlərinin sayının artırıldığını, 2021-2022-ci illərdə 6 DİM-in seçilən audit mövzularında meyar kimi çıxış etdiyini, auditlərlə əhatə olunan indikatorlarda artımın müşahidə edildiyini, auditlərdə daha çox proqresin qiymətləndirilməsi yanaşmasına üstünlük verildiyini qeyd edib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı (BMT) günü münasibətilə təşkilatın əməkdaşlarını təbrik edib, Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib, quruma fəaliyyətində uğurlar arzulayıb. Nazir müavini DİM-in icrasının ölkəmizin sosial-iqtisadi inkişafı üçün səmərəli mexanizmlər formalaşdırdığını bildirib. Qeyd olunub ki, ölkəmiz regionda ilk olaraq DİM-lərin icrası istiqamətində BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat təqdim edib, növbəti hesabatın isə 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. DİM-in həyata keçirilməsində vəsaitlərin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit orqanlarının rolu vurğulanıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində qlobal inkişaf prioritetləri nəzərə alınır, ancaq mina təhlükəsi bu ərazilərin sürətli reinteqrasiyasında başlıca maneədir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf
Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb və müvafiq DİM-in layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbirdə çıxış edərək Azərbaycanla BMT arasında əməkdaşlığa dair fikirlərini səsləndirib. Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatlarına sədrlik edən Braziliya Ali Audit Qurumunun sədr müavini Valton Alensar Rodriques keçirilən dialoqun ali audit qurumlarının DİM-lərin icrasında rolu barədə beynəlxalq təcrübələrinin öyrənilməsi üçün uğurlu plarforma olduğunu vurğulayıb.
Yüksək səviyyəli dialoq “2023-cü il Qlobal DİM Sammitinin nəticəsi: DİM-in sürətləndirilməsi və DİM-in maliyyələşdirilməsi üçün prioritet tədbirlər” və “DİM-lərin dövlət maliyyələşdirilməsinin effektivliyinin keyfiyyət təminatında ali audit qurumlarının rolu, müxtəlif ölkələrin təcrübəsi” adlı panel sessiyalarla öz işini davam etdirib.









Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

21-09-2022, 19:25

“Azərbaycan qlobal Dayanıqlı İnkişaf Məqsədləri İndeksində” mövzusunda tədbir keçiriib

İqtisadiyyat

30-03-2023, 02:06

İqtisadiyyat Nazirliyində BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Gündəm

4-11-2022, 19:59

“Azərbaycanda yaşıl transformasiya” mövzusunda konfrans keçirilib

İqtisadiyyat

22-05-2023, 19:37

“Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası” mövzusunda təlim proqramı başa çatıb

İqtisadiyyat / Ölkə

28-02-2023, 22:08

“Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na” dair təlim keçirilib - FOTO

İqtisadiyyat

16-06-2023, 23:43

Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” Hesabatının təqdimatı keçirilib

İqtisadiyyat / Sosial

15-09-2023, 10:50

Bakıda “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq konfrans keçirilir - CANLI YAYIM

İqtisadiyyat

11-05-2023, 21:10

İqtisadiyyat Nazirliyində “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda Konfrans keçirilib - FOTO

Gündəm / Cəmiyyət

8-12-2022, 11:55

Azərbaycan: “Yaşıl İnkişafa Doğru” hesabatının təqdimatı keçirilib

İqtisadiyyat

19-09-2023, 21:38

“İqtisadi artım üzrə işçi qrupu”nun ilk iclası keçirilib - FOTO

İqtisadiyyat

15-11-2022, 23:05

Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb

İqtisadiyyat

31-03-2023, 21:45

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb “Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib

Araşdırma
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
Hadisə
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
9-09-2026, 17:45
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
9-09-2026, 16:55
"Unibank və Leo Bank"ın ortaq oyunu: Vətəndaş iki bankın arasında qalıb
Xəbər lenti
  • Dünən, 15:00
    Livan ölkənin cənubunda BMT sülhməramlı qüvvələrinin mandatının uzadılmasını istəyib
  • Dünən, 14:00
    Azərbaycan təmsilçisi bu gün "Sea Breeze 2026" beynəlxalq turnirində final oyununa çıxacaq
  • Dünən, 13:00
    Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  • Dünən, 12:30
    Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
  • Dünən, 12:00
    Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
  • Dünən, 11:00
    Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib
  • Dünən, 10:30
    Premyer Liqa: Bu gün "Zirə" "Qarabağ"la üz-üzə gələcək
  • Dünən, 10:00
    İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var
  • 12-09-2026, 19:21
    Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
  • 12-09-2026, 18:00
    Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
  • 12-09-2026, 17:51
    Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
  • 12-09-2026, 17:30
    Gələn il BRICS-ə sədrliyi bu ölkə edəcək
  • 12-09-2026, 17:00
    Keçmiş baş nazir film və serial istehsal edən şirkət qurdu
  • 12-09-2026, 16:13
    Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
  • 12-09-2026, 16:05
    “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • 12-09-2026, 15:39
    Tramp: Husilər ABŞ-a müraciət edərək müharibə etmək istəmədiklərini çatdırıblar
  • 12-09-2026, 15:26
    Törətdiyi iqtisadi təxribatlara görə Məmməd Musayevi nələr gözləyir? -DETALLAR
  • 12-09-2026, 15:04
    Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər
  • 12-09-2026, 12:36
    Sabah 33 dərəcə isti olacaq
  • 12-09-2026, 12:30
    Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq
  • 12-09-2026, 11:58
    Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
  • 12-09-2026, 11:47
    Bakının qanını içən ZƏLİ... ZÜLFƏLİ... - FAKT BUDUR!
  • 12-09-2026, 11:26
    Azərbaycan neftinin qiyməti 120 dolları keçib
  • 12-09-2026, 11:13
    "Şəki türməsi"nin rəisi nə işlərlə məşğuldur? - şok İDDİA!
  • 12-09-2026, 10:50
    Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
  • 12-09-2026, 09:42
    Feyziyev qanunlarla ÜZ-ÜZƏ... - CƏZA GƏLDİ...
  • 12-09-2026, 09:31
    Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq
  • 12-09-2026, 09:20
    Sabiq müavinin xanımı ilə yarım milyonluq müqavilə imzalanıb - AY MAŞALLAH...
  • 12-09-2026, 09:04
    "Reuters": Səudiyyə Ərəbistanına hücumlardan sonra İraq İranla sərhəd-keçid məntəqəsini bağlayır
  • 11-09-2026, 22:30
    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
  • 11-09-2026, 19:00
    Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
  • 11-09-2026, 18:30
    Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
  • 11-09-2026, 18:06
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • 11-09-2026, 17:54
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 17:45
    “Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə