Sizin reklam burada 728×90
Son dəqiqə

Tramp: Husilər ABŞ-a müraciət edərək müharibə etmək istəmədiklərini çatdırıblar

12.09.2026 15:39 129 1 dəq oxunur
Tramp: Husilər ABŞ-a müraciət edərək müharibə etmək istəmədiklərini çatdırıblar
Prezident Donald Tramp bəyan edib ki, yəmənli husilər Amerika tərəfi ilə əlaqə saxlayıb və ABŞ ilə müharibə etmək istəmədiklərini bildiriblər.

Amerika lideri bunu Dublində jurnalistlərə söyləyib.

"Husilər bizimlə əlaqə saxladılar və müharibə etmək istəmədiklərini bəyan etdilər. Onlar bizə başa saldılar ki, onlara qarşı hər hansı addım atmağımızı istəmirlər. Bizim onlara qarşı çıxmağımızı istəmirlər. Əlaqə saxladılar bizimlə və danışdılar, müdaxiləmizi istəmədiklərini bəyan etdilər. Bizim müdaxilə etməməyimizə üstünlük verərdilər" - o deyib.

İranın Səudiyyə Ərəbistanının ölkənin şərq və qərb hissələrini birləşdirən ən mühüm neft kəmərinə hücumda məsuliyyət daşıyıb-daşımadığı sualına cavab olaraq Tramp belə cavab verib: "Ehtimal ki, daşıyır".

Bundan əlavə, ABŞ Prezidenti İrandakı vəziyyətə toxunaraq yenidən bəyan edib ki, ölkədəki müharibə tezliklə başa çatacaq.

O dəqiqləşdirib ki, İranla müharibə ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərindən sonra başa çatacaq. Trampın sözlərinə görə, bundan sonra neft qiymətləri kəskin düşəcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az