Rusiya Federasiyası gözlənilmədən Ukrayna ilə bağlı məlumatların toplanmasına cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinin 5-ci xidmətinin rəhbərini dəyişib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Sergey Besedanın mövqeyini Aleksey Komkov tutub.
Bundan əvvəl o, əks-kəşfiyyat xidmətinin rəis müavini işləyib.
Besedanın FTX direktoru Aleksandr Bortnikovun müşaviri təyin edildiyi bildirilir.