• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR

Gündəm

Bu gün, 16:58

Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 2020-ci ilin noyabr ayının 18-dən sonra mövcud olan problemlər hələ də həll olunmayıb. Hər il məktəbin direktor vəzifəsi bir şəxsə müvəqqəti həvalə edilir. Lakin bu vəzifədə işləyən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş rəhbərlik funksiyalarını icra etməkdə aciz qalır, özbaşınalıqlar, qanun pozuntuları və idarəçilikdə qeyri-məqbul hallar davam edir. Bu, “Ümumi təhsil müəssisələrinin idarə olunması Qaydaları”na, “Dövlət qulluğu haqqında Qanun”un 7-ci maddəsinə və digər normativ aktlara açıq ziddiyyətdir.
2024-cü ilin mart–dekabr aylarında direktor səlahiyyətlərini sektorun keçmiş metodisti Hicran Əhməd icra edib. Dekabr–yanvar aylarında bu vəzifə rəsmi olaraq məktəbin psixoloqu Günay Şirinovaya həvalə edilsə də, faktiki idarəetmə yenə Hicran Əhməd tərəfindən həyata keçirilib. Beləliklə, məktəbdə ikili direktor sistemi formalaşıb: biri sənəd üzərində, digəri faktiki olaraq vəzifəni icra edir. Hicran Əhməd yanvar ayında bələdiyyə seçkiləri ilə əlaqədar məktəbə müntəzəm gəlməsə də, qeyri-rəsmi şəkildə direktor səlahiyyətlərini icra edib. 07.02.2025-ci il tarixində Hicran Əhməd vəzifədən azad olunub, nəticədə direktor vəzifəsi yenidən boş qalıb.Günay Şirinovanın səs yazısı yayıldıqdan, aidiyyəti qurumlara məlumat verildikdən sonra Hicran Əhməddən sonra Günay Şirinova həmin vəzifəyə yenidən təyin olunmayıb və 07.02.2025–24.02.2025-ci il tarixində məktəbin direktor vəzifəsini heç kim icra etməyib. Bu müddətdə məktəbdə rəhbərliyin olmaması təhsil prosesinə mənfi təsir göstərmiş, müəllim və şagirdlər arasında çaşqınlıq yaratmışdır.
Ancaq 24.02.2025-ci il tarixində məktəbin direktor vəzifəsinin icrası Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun Baş Məsləhətçisi Kifayət Rzayeva tərəfindən həvalə olunub. Kifayət Rzayevanın niyyəti o vəzifəyə Günay Şirinovanı təyin etmək idi, lakin həmin vaxtlarda Günay xanımın səs yazısı yayıldığı və aidiyyəti qurumların xəbərdar olduğu üçün bu mümkün olmayıb.
Buna baxmayaraq, 2024–2025-ci tədris ilin sonu, məzuniyyət dövründə məktəbin direktor vəzifəsi Günay Şirinovaya həvalə edilmiş və açıq şəkildə bildirilib ki, Günay xanım yalnız məzuniyyət dövründə vəzifəni icra edəcək, 2025–2026-cı tədris ili başlayanda isə vəzifədən çıxacaq. Lakin 2025–2026-cı tədris ili başlayanda Kifayət Rzayeva yox, Günay Şirinova məktəbin direktor vəzifəsinə təyin olunub. Günay xanım da ondan əvvəlki direktorlar kimi fəaliyyətində nöqsanlara davam edib.
Məktəbdə 8ª, 9, 10ª, 10b, 11-ci siniflərin davamiyyəti zəifdir, çünki bəzi şagirdlər Günay xanıma hədiyyə və rüşvət verir, bunun müqabilində dərsə gəlməmək onlar üçün problem olmur. Məktəbin 11-ci sinif şagirdlərinin valideyni məktəbdə işləyən müəllimlərin övladlarına güzəşt edilir. Bu təhsil prosesində ədalətsizliyin, qanun pozuntusunun açıq nümunəsidir.
Məktəbin ingilis dili müəllimi X. Vüsalə xanımın oğlu H. Aslanov məktəbə 2–3 həftədən bir gəlir, özü də 2-ci saat gəlib, 3-cü saat çıxır. 11-ci siniflərin həftəlik dərs yükü 1 saatmı olub? V.Xəlilova Günay xanıma verilən hədiyyələrə görə buna göz yumur. Məktəbin kimya/təbiət fənn müəllimi E. Cəlilovanın qızı A. Məmmədova məktəbə ürəyi istəyəndə gəlir, istəyəndə gəlmir. Digər müəllim övladlarına da belə seçkinliklər edilir. Hətta digər 11-ci sinif şagirdləri Günay Şirinovaya bu seçkinlik barədə iradlarını bildirmişlər.
11-ci siniflə bağlı digər hal: sentyabrın sonunda sinif rəhbəri Əli Qarayevin vəzifəsindən uzaqlaşdırılması və onun əvəzinə Günay Şirinovanın ən yaxın rəfiqəsi, özünə “bacım” deyə xitab etdiyi Aysel Mehdiyeva təyin olunur. Bəli, Günay xanım qeyd edə bilər ki, Əli Qarayev vəzifəsini tam yerinə yetirmirdi, məktəbə az gəlirdi, siniflə maraqlanmırdı, amma məktəbdə başqa sinifi olmayan müəllimə qalmadımı? Və ya sinif rəhbəri olanların sinifi dəyişdirilsə, nə oldu ki, təsadüfən Aysel Mehdiyeva təyin olundu? Mən cavablıyam: çünki o iki yaxın rəfiqə, padruqa 11-ci sinifin bəzi şagirdlərindən rüşvət və hədiyyə alaraq onların dərsə gəlməmələrinə icazə verir.
Qeyd edim ki, Aysel Mehdiyeva 2022–2023-cü tədris ilində də 11-ci sinfin sinif rəhbəri olub və həmin sinifdən hər ay ən azı 50–100 manat yığaraq direktor Gülmira Musayevaya verirdi. Günay Şirinova yəqin ki, Aysel Mehdiyevanın bu bacarığını və onunla yaxınlığını nəzərə alaraq onu 11-ci sinfə təyin edib.
10ª sinifi məktəbin ən seçilmiş siniflərindən biridir. Amma bu sinifi fərqləndirən tək cəhət şagirdlərinin savadlı, tərbiyəli olması deyil, həm də direktorun böyük qızı G. Kazımova burada təhsil alır və ona görə sinifə güzəşt edilir. 10ª sinfin paralel sinfi 10b-yə isə eyni güzəşt edilmir.Məktəbdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əmrinə əsasən hər ay “Fənn aylığı” elan edilir. Maraqlı məqam: nəyə görə fənn aylıqları yalnız 5–8-ci siniflərdə keçirilir? 9–10–11-ci siniflərdə dərslər formal xarakter daşıyır, müəllimlər dərsdə telefonla məşğul olur, söhbət edir, digər siniflərin jurnallarını doldurur. Bunu hansı normativ aktla izah etmək olar? Açıq şəkildə heç bir hüquqi əsas yoxdur.
Müəllimlərin “Gündəlik dərs planları” KSQ və BSQ-lər şagirdlərə yoxladdırılır. Hansı hüquqi normativ müəllimlərin işini şagirdlərə həvalə etməyə imkan verir? Şagirdlərlə əmək müqaviləsi imzalanıbmı?
Məktəbin sənədləşməsi, idarəçiliklə bağlı məsələlər Günay Şirinova tərəfindən öz yaxınlarına bildirilir. Bu dövlət məktəbi üçün qanunsuz və etik qaydalara ziddir.
Əgər Günay xanım vəzifədə qalmaq istəmir, niyə hər ay sektor baş məsləhətçisi Kifayət Rzayevaya gül və hədiyyə verir? Nəyə görə hər iclasdan sonra sektor müdiri Vüsal Cəfərov yanında özünü işləyən kimi göstərməyə çalışır?
Günay xanım iclaslarda mənə bildirir ki, “onsuz heç bir vəzifəni istəmirəm, əmək haqqıma yalnız 178 manat əlavə gəlir, əgər yoldaşımın işi yaxşı olsa idi, bu dəqiqə çıxardım”. Hörmətli Günay xanım, siz 178 manat üçünmi direktor işləyirsiniz? Və vəzifədə qalmağınız şəxsi maraqlar və yoldaşınızın işinə görəmi müəyyən olunur? Əgər sadəcə əlavə 178 manat üçün vəzifəni icra edirsinizsə, bu sizin şəxsi marağınızın dövlət maraqlarından üstün tutulması deməkdir və “Dövlət qulluğu haqqında” Qanunun 7-ci maddəsi və “Ümumi təhsil müəssisələrinin idarə olunması qaydaları” ilə ciddi şəkildə ziddiyyət təşkil edir.
Günay xanım müəllimlərdən izahat tələb edir, amma özü vaxtında izahat yazıbmı? İşləri görmədiyinə görə? (Günay xanım 2010-cu ildən məktəbin psixoloq vəzifəsində çalışır, ancaq 2023-cü ilə kimi, yəni Hicran Əhməd məktəbə gələnə kimi, hansı il normal fəaliyyət göstərib??? Bununla bağlı izahat yazıbsanmı, özün hörmətli Günay xanım????) Siz hansı qaydalara əsasən öz hesabları ilə sinif rəhbərlərinə izahat yazdırıb bunu öz işiniz hesab edirsiniz?
Məktəb direktoru olduqdan sonra öz əsl vəzifəsi – məktəbin psixoloq vəzifəsini icra edir mi? Xeyr, ictimaiyyəti aldadaraq əvvəlki illərdə çəkilmiş şəkilləri yeni kimi təqdim edir, medianı aldatmağa çalışır, məktəbin Facebook səhifəsində və digər sosial platformalarda bunu nümayiş etdirir və eyni zamanda direktor olduqdan sonra psixoloq kimi fəaliyyətini tamamilə dayandırır, heç bir psixoloji xidmət göstərmir.Fakültativ dərs bölgüsünü ancaq öz yaxınlarının istəklərinə, arzularına görə bölürlər. Bu bölgü necə aparılır, Sektor tərəfindən tapşırılır, yoxsa şəxsi maraqlara görə icra olunur?
Məktəbdə müəllimlərin səs yazısını yazaraq Vüsal Cəfərovaya təqdim etmək faktı da mövcuddur. Bu fəaliyyət kim tərəfindən və hansı hüquqi əsasla tələb olunub? Məktəbin müəllimlərinin şəxsi həyatına müdaxilə və icazəsiz məlumat toplamaq “Dövlət qulluğu haqqında” Qanun və “Müəllimlərin etik davranış qaydaları”na açıq ziddir.
… Məktəb direktorunun əsas tələbləri savadlı, bilikli olmasıdır, ancaq Günay Şirinova WhatsApp qrupuna və məktəbin rəsmi Facebook səhifəsinə yazdığı yazılarda “ə”, “e” hərflərini düzgün yaza bilmir, vergülün yerini düzgün seçə bilmir. Dilimizin "fonetik","leksik", "qramatik" qaydalarını bilməyən ,müəllimlərə düzgün yazı yaza bilməyən,Facebookda düzgün yazı qaydasını bilməyən bir şəxs necə məktən direktoru ola bilər?
Məktəb direktoru olduqdan sonra öz əsl vəzifəsi – məktəbin psixoloq vəzifəsini icra edir mi? Xeyr, ictimaiyyəti aldadaraq əvvəlki illərdə çəkilmiş şəkilləri yeni kimi təqdim edir, medianı aldatmağa çalışır, məktəbin Facebook səhifəsində və digər sosial platformalarda bunu nümayiş etdirir və eyni zamanda direktor olduqdan sonra psixoloq kimi fəaliyyətini tamamilə dayandırır, heç bir psixoloji xidmət göstərmir.

Məlumat üçün bildiririk ki, məktəbdə təşkilatçı müavin V.Abbasova
üçün nəzərdə tutulmuş kabinetin məqsədindən kənar istifadə halları müşahidə olunur. Belə ki, bəzi müəllimlər dərs vaxtı həmin kabinetdə oturaraq söhbət edir, qiybət xarakterli danışıq aparırlar və hətta orada yemək sifarişləri verirlər. Qeyd etmək lazımdır ki, bu söhbətlərdə məktəbin direktoru Günay Şirinova da iştirak edir.
Hüquqi baxımdan bu vəziyyət bir neçə baxımdan problem yaradır. Məktəbin intizam qaydalarına görə, müəllimlər dərs vaxtı vəzifə öhdəliklərini yerinə yetirməli, kabinetlər yalnız iş məqsədləri üçün istifadə olunmalıdır. Şəxsi məqsədlərlə istifadəsi həm təhsil prosesinə mənfi təsir göstərir, həm də məktəb əmlakının düzgün istifadəsi prinsipinə ziddir.
Belə hallar həm şagirdlərin təhsil prosesinə diqqətini azaldır, həm də müəllim nümunəsinin zəifləməsinə səbəb olur. Məktəb rəhbərliyi tərəfindən nəzarət gücləndirilməli, kabinetlərin istifadəsi qaydaları bütün müəllimlər üçün xatırladılmalı və intizamlı istifadə təmin olunmalıdır. Məqsəd həm təhsil prosesinin keyfiyyətini qorumaq, həm də müəllimlərin nümunəvi davranışını təmin etməkdir.

Hörmətli Günay xanım,
Qeyd edim ki, bu yazını paylaşan şəxs məktəbin direktoru olmaq istəyən deyil. Məktəbin nöqsanlarını göstərmək, direktor vəzifəsinə iddialı olmaq anlamına gəlmir! Direktor vəzifəsinə təyinat Elm və Təhsil Nazirliyi, Məkbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tələblərinə uyğun həyata keçirilir. Yalnız faktları göstərmək heç kimin avtomatik direktor olmasına zəmanət vermir!
Sadəcə ədalət və şəffaflıq tələb olunur. Gələn yazıda isə hər şeyi açıq-aşkar, sübutlarla və faktlarla göstərəcəyəm.

Dediklərimizin doğruluğunu yerində görmək üçün məktəbə əvvəlcədən heç bir xəbərdarlıq etmədən gəlmək kifayətdir. Və ya istəsəniz, bu halların araşdırılması üçün komissiya göndərməklə də faktları yoxlaya bilərsiniz. Bu zaman deyilənlərin əsassız olmadığı açıq şəkildə müşahidə olunacaq.
Xahiş edirik, məsələyə diqqət yetirərək lazımi tədbirlərin görülməsini təmin edəsiniz.
Tehsil.Media

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

27-11-2024, 12:20

Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var –Müəllimlər haqlarını tələb edir

Cəmiyyət

15-01-2025, 17:11

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin vəzifələri və hüquqları açıqlanıb

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm

5-04-2024, 20:55

Deputatlar bu gün nələri müzakirə etdi...

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

18-12-2024, 13:02

Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...

Gündəm / Təhsil

24-10-2025, 13:19

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Gündəm / Cəmiyyət

27-07-2024, 11:44

İxtisas seçiminin vaxtı açıqlandı: DİM bu abituriyentləri seçimə buraxacaq - ŞƏRTLƏR

Araşdırma
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər həbs olundular - VİDEO
QHT-lərin qanunsuz medal fəaliyyəti üzrə cinayət işləri məhkəməyə göndərildi
"Oleq Bakinski"yə amnistiya aktı şamil olundu: Konstantin Kuçerin işinə baxılacaq
GDRK direktorundan Bakunews.az-a hədə: Susdurma cəhdi, qanunsuz təyinatlar və kollecdə boykot təhlükəsi ETN-i bunada susacaqsız ? VİDEOFAKT
Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir
Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
Hadisə
Bu gün, 12:42
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
18-01-2026, 12:00
Yanıq xəsarəti alan kişi xəstəxanada öldü
18-01-2026, 11:00
Şəmkirdə maşın ağaca çırpıldı - Ölən var
17-01-2026, 16:28
Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var
17-01-2026, 14:23
Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
17-01-2026, 12:52
Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 18:45
    Paşinyan: Bu gün Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür
  • Bu gün, 18:34
    Bu dəfə 21 illik müavini ilə yanaşı - Onları da işdən çıxardı
  • Bu gün, 18:22
    "Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
  • Bu gün, 18:03
    Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib
  • Bu gün, 17:20
    Bakıda 2 nəfər prokurorluqdan xaric edilib, 1 nəfər vəzifədən azad olunub
  • Bu gün, 16:58
    Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR
  • Bu gün, 16:08
    Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası barədə Qərarda dəyişiklik edilib
  • Bu gün, 15:58
    Ət qutabı yox, at qutabı yeyirmişik... - Video
  • Bu gün, 15:36
    Davosda İlham Əliyevin sülh mesajları – Azərbaycan dünya siyasətinin mərkəzində - ŞƏRH
  • Bu gün, 15:23
    ABŞ-də yaşayan azərbaycanlı aparıcı ilk dəfə sevgilisi ilə VİDEOsunu yaydı
  • Bu gün, 15:07
    Azərbaycanda işləyən pensiyaçıların pensiya kapitalına əlavələrin dörd ildən bir olması təklif edilir
  • Bu gün, 15:01
    Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
  • Bu gün, 14:13
    Bu ərazilərə suyun verilməsi DAYANDIRILACAQ
  • Bu gün, 13:48
    Özəldə 730 manata olan əməliyyat dövlətdə 2 mindən baha başa gəlir - Səbəb nədir? - ARAŞDIRMA
  • Bu gün, 13:31
    Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb
  • Bu gün, 13:19
    Son üç ildə 25 milyonluq keytring xidməti göstərən Ziyafət Fərzəliyevin rolu əslində nədir
  • Bu gün, 12:49
    İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq
  • Bu gün, 12:42
    “Karvan“ restoranı İsa Həbibbəylinin imiş
  • Bu gün, 12:26
    FT: Qrenlandiya qalmaqalı Ukraynanın müharibədən sonra bərpası ilə bağlı sazişi pozub
  • Bu gün, 11:48
    Xaricdə təhsil mərkəzi tələbənin başına oyun açıb?
  • Bu gün, 11:23
    Prezident İlham Əliyev Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb
  • Bu gün, 11:16
    QHT Agentliyinin “Məlahətli Ana” seçimi -Dövlət suverenliyi necə təhlil edilir?
  • Bu gün, 11:02
    Azərbaycan Prezidenti: Sülh şəraitində yaşamağa öyrəşirik, bu, xoş hissdir
  • Bu gün, 10:35
    “Ştutqart” necə “Şassi olub?- Nəriman Əliyev 30 milyonluq biznesi ələ keçirib
  • Bu gün, 10:24
    Lənkəranda 18 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO/VİDEO
  • Bu gün, 10:18
    “Times Higher Education” reytinqlərində Azərbaycan universitetlərinin sayı 4-ə çatıb
  • Bu gün, 09:52
    Mehriban Əliyeva İlham Əliyevin Davosda panel iclasda iştirakı ilə bağlı paylaşım edib
  • Bu gün, 09:47
    Trampın Davosa uçan təyyarəsi nasazlığa görə geri qayıdıb
  • Bu gün, 09:39
    İstefa edən məmurun əri videosuna görə üzr istədi - ƏTRAFLI
  • Bu gün, 09:35
    DYP sürücülərə müraciət edib
  • Bu gün, 09:24
    Prezident: Biz siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq
  • Bu gün, 09:17
    "Azergold"da növbəti tender müəmması -ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
  • Bu gün, 09:14
    Hüseyn Əzizoğlunun “Papaq Lounge” da nələr baş verir? Hüzn günündə içki var, məclis var… - VİDEO
  • Bu gün, 09:06
    Vəliyevlər ailəsinin Almaniyada Aərbaycana və Azərbaycanlılara qarşı cinayətləri - VİDEO
  • Bu gün, 09:04
    Aeroport yolu buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə