Sizin reklam burada 728×90
Son dəqiqə

Prezident İlham Əliyev SOCAR-a yeni vitse-prezidentlər təyin etdi

28.07.2023 19:28 505 1 dəq oxunur
Prezident İlham Əliyev SOCAR-a yeni vitse-prezidentlər təyin etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə yeni vitse-prezidentlərin təyin edilməsi haqqında Sərəncamlar imzalayıb.

President.az-ın xəbərinə görə, sərəncamlarla Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov, Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin ediliblər.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az