Türkiyənin Yozqat vilayətinin Yenifakılı şəhərinin bələdiyyə sədri Musa Sarıaslan yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, MHP-dən seçilən Musa Sarıaslanın xidməti avtomobili yoldan çıxaraq tarlaya girib.
Hadisə yerinə gələn həkim heyəti bələdiyyə başçısının öldüyünü qeydə alıblar.