Sizin reklam burada 728×90
Son dəqiqə

Türkiyəli futbolçu: "Azərbaycan millisində oynamadığım üçün peşman deyiləm"

16.07.2022 20:40 540 1 dəq oxunur
Türkiyəli futbolçu: "Azərbaycan millisində oynamadığım üçün peşman deyiləm"
"Azərbaycan millisində oynamaq təklifini qəbul etmədim. Buna görə peşman deyiləm. Çünki Türkiyə yığmasında çıxış etmək istəyirəm".

bakunews.az report-a istinadən məlumatına görə, bunu son olaraq Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Hasan Hüseyin Acar "Sporx" nəşrinə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi 2018 - 2020-ci illərdə "Kayserispor"da oynadığı dönəmdə Azərbaycan millisindən dəvət aldığını xatırladıb: "Gözləmədiyim anda təklif gəldi. Həmin vaxt Kayseridə təlim-məşq toplanışında idim. Yığmanın sabiq baş məşqçisi Şenol Günəş də oraya gəlmişdi. Söhbət zamanı məni hər an milliyə çağıra biləcəyini söylədi. Mən də Azərbaycandan gələn təklifi qəbul etmədim".

Qeyd edək ki, Hasan Hüseyin Acar Türkiyənin U-20 millisinin formasını geyinib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az