• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gömrük Komitəsində İlahətçinin sözü rəqəmlərin özü

İqtisadiyyat

14-05-2025, 11:02

"Lion Centre MMC-yə qarşı səsləndirilən ittihamlara cavab: Ramil Aslanovdan DGK-yə sərt reaksiya"


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 08.05.2025-ci il tarixində öz rəsmi səhifəsində və digər media informasiya vasitələri ilə “Lion Centre” MMC haqqında yanlış olan məlumat yaymışdır və bildirmişdir “Lion Centre” MMC adına rəsmiləşdirilən hər bir gömrük bəyannaməsi üzrə uyğunsuzluqlar aşkar edilməsi və düzgün bəyan etməmə faktları mütəmadi hal alıb. Bu açıq aşkar yalandır “Lion Centre” MMC barəsində İnzibati Xətalar məcəlləsinin 482.2 maddəsi ilə (düzgün bəyan etməmə) ilə əlaqədar hər hansı bir inzibati qərar, qanun pozuntusu, protokol və ya hansısa bir akt bugünə kimi olmayıb və Natiq müəllim mətbuata verdiyi məlumatda 2024-cü və 2025-ci ilin ilk 4 ayına-dək elə bir fakt yoxdur. Burdan DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə səslənərək xahiş edirəm mətbuatda rəsmi olaraq mənə İnzibati Xətalar məcəlləsinin 482.2 maddəsi ilə Məhkəmə hər hansı bir akt və ya qərar rəsmi olaraq göstərsin, göstərmədiyi halda bir daha bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək.

Eyni zamanda DGK-dən 07.05.2025-ci il tarixli 3-33/2-007283/2025 aylı məktubunu Sizə təqdim edirəm və buradan açıq aydın görsənir ki, bir gömrük komitəsinin içində bir iş üzrə 2 ayrı-ayrı əməkdaşın bir-birindən xəbərsiz olduqlarının faktı göz önündədir. Belə ki, gömrük məcəlləsində bildirilib ki, gömrük komitəsi bütün strukturları ilə bir yerdə vahid bir sistemdir. Lakin nə qədər vahid sistem olduğu hal-hazırda göz önündədir. Gömrük Komitəsinin mənə ünvanladığı məktubunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209.1-ci maddəsi ilə başlanmış cinayət işi davam edir və araşdırılma zamanı Sizə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hər hansı maddəsi ilə ittiham elan edilmədiyi, hüquqlarınızın və fəaliyyətinizin məhdudlaşdırılması barədə qərar qəbul edilmədiyi bildirilmişdir.

Lakin DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 08.05.2025-ci il tarixli mediada olan bəyanatında az qala məni qatı cinayətkar kimi göstərmişdir. Həmin məlumatın 3-cü abzasında dəfələrlə invoysun azaldılması 98191.86 AZN gömrük məbləğinin ödənilməsindən qəsdən yayınması və bununla əlaqədar 17.03.2025-ci il tarixində cinayət işinin başlanılmasının həmçinin cinayət işi ilə əlaqədar mənə dəfələrlə Əməliyyat İstintaq İdarəsində hansısa hüquq və vəzifələrin mənə izah olunması eyni zamanda mənim yanlış məlumatlar yayınlamaqla mediada İstintaq orqanına təzyiq vasitəsi kimi istifadə etdiyim göstərilmişdir. Bu açıq-aşkar yalandır.

1-cisi mən ölkə Rəhbərimiz Cənab İlham Əliyevin təlimatlarını və apardığı iqtisadi siyasəti dəstəkləyərək Mərkəzi İcra orqanlarının hərəkətsizliyindən ölkə Rəhbərinə və adiyyati orqanlara məlumat verirəm. Eyni zamanda bu ölkə Rəhbərimizin özünün göstərişidir. lakin DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bunu təzyiq adlandırır.

2-si DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib ki, 2024-cü il və 2025-ci ilin ilk 4 ayı ərzində 100 ədəd gömrük bəyannaməsi təqdim edilib. Mənim 1 532 398 manat dəyərində dürüstləşdirmə fərqim olmuşdur. 1 532 398 manat dəyərdə guya yayınmaqla dürüstləşdirmə aparma mövcudluğu göstərilib burada sahibkar tərəfindən könüllü sürətdə reallaşdırılan fərq 87% təşkil edir. Əslində Natiq müəllim, bu dəyər deyil, bu statistik dəyərlərin qaldırılması nəticəsində sahibkarın belini qıraraq, məcburi halda real dəyər arasındakı fərqinin məbləğidir. Belə ki, onların etiraf etdiyi kimi 1 532 398 manatın 87% -ni ödəmişəm qalıb 13%-i. Həmin 1 532 398 manatın 13%-i =199 211 manat, 199 211 manatın 36%-i gömrük rüsumu 71 716 manat edir. Nəticə etibarı ilə 26 475 manat ortada səhf və ya qəsdən şişirdilmə göstərilir. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi rəsmi mətbuat səhifəsində göstərdiyi rəqənlər belə bu boyda səhvlə olduqda deməli DGK və BBGİ yüzlərlə bəyannamədə görün nə qədər səhv edər. Mən indi anlamıram, mən uydurma 71 716 manat məbləği ödəməliyəm yoxsa uydurma 98 152 manat ödəməliyəm? Buradan belə başa düşmək olur ki, bunların gündə bir uydurma, şişirdilmiş və ya səhv rəqəmlərlə iş adamlarına təzyiq edərək eyni zamanda saxta cinayət işləri qaldırmaqla özlərini işgüzar və hər şeyi bilən kimi qələmə verirlər.

3-cü Natiq müəllimin dediklərinə görə məni dəfələrlə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət ediblər, işin xüsusatlarını, habelə hüquq və vəzifələrimi mənə izah olunmaqla qanunamüvafiq qaydada əlimdə olan sübutların istintaq orqanına təqdim olunması təklif olunub. Bildirirəm ki, məni heç kim ora çağırmayıb mən öz hüquq vəzifələrimi Sizlərdən və həmin İstintaq idarəsindən daha yaxşı bilirəm, dəfələrlə ora özüm getmişəm və onlardan qanunvericiliyin tələblərinə riyaət etməyi tələb etmişəm, öz vəzifələrini düzgün icra etməklərini tələb etmişəm, dəfələrlə onlara sübutları və təstiedici sənədləri tələb etmişəm, lakin nə faydası? Heç kim heç nəyə baxmır.

Bu məlumatı gömrük komitəsinin əməşdaşlarından digəri təqdim etsəydi mən təəccüb etməzdim. Çünki təqdim olunan bütün rəqəmlər saxtadır və məlumatlardan şər böhtan yağır. Natiq müəllimin təhsil aldığı İlahiyyət Univeristetində insanları haqq-ədalətə və düzgünlüyə təşviq edirlər. Natiq müəllimin bu göstərdiyi saxta rəqəmləri təqdim etməsi mənə qəribə gəldi. Ədalətdən azda məlumatı olan təhsil alan bu saxta rəqəmlərə bu şər böhtana istinad etməzdi.

Natiq müəllimin nəzərinə çatdırıram. Mən heç kimdən gizlənmirəm ki, hələ bir dəvət də olunum. İstintaq İdarəsinin qapısını hər gün döyən mənəm, onların bizim insan hüquq və azadlıqlarımızın qorunması ilə əlaqədar qanunvericilyin icra olunmasını tələb edən mənəm.

4-cü DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin 08.05.2025-ci il tarixində öz rəsmi səhifəsində və mətbuatda dərc etdiyi məqalənin 5-ci abzasında göstərilib ki, mən yanlış məlumatlar yayımlamaqla istintaq orqanına təzyiq vasitəsi kimi istifadə etməyə çalışıram. Buradan Natiq müəllimə səslənirəm, Natiq müəllim nə vaxtdan öz hüquqlarımın qorunması, özümü müdafiə etmə mübarizəm və cənab Prezidentə müraciət təzyiq kimi qəbul olunub?

Mən sadəcə öz hüquqlarımı müdafiə edirəm, qoruyuram və Cənab prezidentin apardığı uğurlu iqtisadi siyasəti dəstəkləyirəm həmçinində dəstəkləyəcəm.

5-ci Natiq müəllim DGK-nin rəsmi səhifəsində və mətbuatda özünün yalan verdiyi sübutunu tapmayan məlumatlarla məni cəmiyyət qarşısında rəsmi dövlət orqanı olaraq yalançı çıxartmağa çalışır, oxuyucuların qarşısında özünü və Elmir Ramazanovun əməllərinə qanuni don geyindirmək çalışır, mənim şəxsi nüfuzuma toxunur, şərəf və ləyaqətimin alçalmasına toxunur. Lakin mən DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin dərc etdiyi məlumatlara abzas-abzas cavab verirəm konkret faktlarla və rəqəmlərlə danışıram. Bununla əlaqədar gələcəkdə məhkəməyə müraciət edəcəyimi bildirirəm.

Natiq müəllim Siz elə düşünürsünüz ki, kimin yalan danışıb kimin düz danışmağını cəmiyyət və ictimaiyyət bilməyəcək?

Lion Centre MMC-nin Direktoru:
Ramil Aslanov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-05-2025, 14:48

“Gömrük dəyərində guya 97 665 manat fərqin olduğunu dedilər”

Gündəm / Cəmiyyət

7-05-2025, 12:35

Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR

İdman

28-11-2024, 08:29

“Qarabağ” “Lion”a qarşı

Gündəm / Cəmiyyət

22-07-2024, 15:02

Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

Cəmiyyət

12-05-2025, 10:52

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

Sosial

24-11-2023, 13:41

Şamaxıda qanunsuz ağac kəsən şəxs barəsində qanunamüvafiq tədbir görülüb

İqtisadiyyat / Cəmiyyət

6-08-2024, 01:58

“Lion Centre” MMC-nin direktoru Prezidentə və qurumlara Gömrükdə baş verən özbaşınalıqla bağlı müraciət etdi

Gündəm / İdman

28-11-2024, 18:56

“Qarabağ”ın oyununa bu qədər bilet satıldı

Cəmiyyət

24-04-2025, 11:00

Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA

Dünya

14-04-2025, 18:18

Rusiyadan 25 əcnəbi deportasiya ediləcək

Cəmiyyət

27-11-2024, 19:22

“Qarabağ” güclü kollektivdir” - “Lion”un baş məşqçisi

Cəmiyyət

16-08-2024, 14:46

Feyziyevə məxsus olduğu deyilən şirkətə qarşı ittiham

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Dünən, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Dünən, 10:28
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • Dünən, 10:22
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Dünən, 10:03
    Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb
  • Dünən, 09:52
    Bu gün dollar neçəyədir? Mərkəzi Bank məzənnələri açıqladı
  • Dünən, 09:49
    Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
  • Dünən, 09:44
    “Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
  • Dünən, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • Dünən, 09:17
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • Dünən, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 20-09-2026, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • 20-09-2026, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • 20-09-2026, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • 20-09-2026, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə