Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda benzin istehsalı 19% artıb

12.10.2023 13:59 649 1 dəq oxunur
Azərbaycanda benzin istehsalı 19% artıb
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 347,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 57,7 faiz, neft koksunun istehsalı 27,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 20 faiz, avtomobil benzininin istehsalı 19,1 faiz artıb, neft bitumu istehsalı 30,7 faiz, mazut istehsalı isə 92,4 faiz azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az