• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Abşeron Gənclər Şəhərciyi”ndə sələmçi qadınların “sərgüzəştləri”

Kriminal

17-03-2024, 06:23

Xırdalan şəhərində yerləşən “Abşeron Gənclər Şəhərciyi”ndən redaksiyamıza kollektiv şikayət daxil olub. Şikayətçilər həmin yaşayış massivində yaşayan qadının qadağan olunmuş fəaliyyət növü olan sələmçiliklə məşğul olduğunu və borc verdikləri şəxsləri olduqca çətin vəziyyətə saldıqlarını iddia ediblər.

Şikayətçilər bildiriblər ki, həmin ərazidə sələmçi kimi tanınan Zeynalova Arzu ehtiyacı olan şəxslərə 20 faizlə borc verir. Yüksək faiz səbəbindən borcunu vaxtında qaytara bilməyən şəxslərə qarşı isə “tədbir” görüləcəyini bildirərək onlara hədə-qorxu dolu mesajları göndərirlər. Şikayətçilər bildiriblər ki, Yüksək faiz borcunu geri qaytara bilməyənlərə hədə-qorxu gələn bu şəxslərdən hüquq-mühafizə orqanlarına da şikayət olunub.

Ancaq hələlik onlar barədə tədbir görülməyib:
“Onlar faizə pul verdikləri şəxslər hədələyir, hətta yaşadıqları evə “bir batalyon” adamla hücum edəcəklərini bildirirlər. Faizi almaq üçün müxtəlif əməllərə əl atır və heç nədən qorxmadıqlarını deyirlər. Məsələn, faizə pul verdikləri şəxslərin lotereya oyunundan alacaqları pulu onların yerinə faiz adına mənimsəyir və buna etiraz edənləri cəzalandıracaqlarını deyilər. Bütün şəhərcik onlarla problem yaşayır, hər kəsi hədələyir, “haqq-hesab” kəsəcəklərini deyirlər. Borcunu qaytarmaq istəyənlərin də üstünə faiz borcu əlavə edir, vəzyyətdən çıxmalarına imkan yaratmırlar. Əminik ki, bu qanunsuz əməllərə qarşı qanunvericilik çərçivəsində tədbir görüləcək”.


Sələmə pul vermək hansı hallarda qanunsuzdur?

Sələm dedikdə gəlir əldə etmək məqsədi ilə pulun bir şəxs tərəfindən başqasına qazanc əldə etmək məqsədilə borc müqabilində faizlə verilməsi başa düşülür. Qanunvericiliklə vətəndaşlar faizə pul vermək və bu barədə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaradır. Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması qanunvericiliklə məsuliyyət yaradır. Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi – qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati məsuliyyətə cəlb edilən şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.

Cinayət Məcəlləsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə – cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər:

– külli miqdarda ziyan vurduqda;

– külli miqdarda gəlir əldə etməklə törədildikdə;

– mütəşəkkil dəstə tərəfindən törədildikdə—
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllər:

– xüsusilə külli miqdarda ziyan vurduqda;

– xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.//bakufakt//

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

3-08-2022, 16:31

Şirvan şəhər sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıb

Hadisə

31-08-2022, 18:00

“Ağır xəstəliyə düçar olmuşam” - Həbsdəki müğənni

Bölgə

13-07-2023, 22:19

İcra başçısının adamları sahibkarın buğdasını oğurlayıb? - ŞİKAYƏT

Dünya

9-01-2024, 20:04

Rüfət Piriyev haqda kütləvi şikayət - Axtarışa verildi

Kriminal

12-09-2023, 13:50

Əlixan Məhərrəmli tələbə qız və anasından 68 min manat tələb edibmiş

Sosial / Olay

21-08-2023, 10:35

Ağac soyqırımını törədən şəxsləri iş adamı ifşa etdi - VİDEOFAKT

Hadisə

6-08-2022, 14:08

Tanınmış prokuroru şantaj edənlərin işi məhkəməyə göndərilib

Cəmiyyət

20-08-2023, 02:21

Ağac soyqırımını törədən şəxsləri iş adamı ifşa etdi - VİDEOFAKT

Gündəm / Olay

11-09-2023, 16:51

Bakıda yüksək vəzifəli məmura SİLAH ÇIXARTDILAR VƏ...

Cəmiyyət / Kriminal

12-12-2022, 09:31

Sələmçi Həci Səmədağanın rekert oğlu həbs edildi

Cəmiyyət

12-03-2024, 02:40

Bakı apellyasiya məhkəməsi jurnalisti həbsdə saxlayıb

Hadisə

12-03-2024, 15:35

Süpürgəçi qadına əxlaqsız təkliflər edən gənclər HƏBS EDİLDİ

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Xəbər lenti
  • Dünən, 19:06
    Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var
  • Dünən, 18:54
    Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
  • Dünən, 18:33
    Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
  • Dünən, 18:18
    SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
  • Dünən, 18:02
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:46
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Dünən, 17:37
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
  • Dünən, 17:30
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
  • Dünən, 16:19
    Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 16:09
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Dünən, 15:46
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • Dünən, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • Dünən, 15:21
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Dünən, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • Dünən, 14:47
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • Dünən, 14:27
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Dünən, 12:06
    Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar
  • Dünən, 11:39
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • Dünən, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Dünən, 11:22
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Dünən, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • Dünən, 10:47
    Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
  • Dünən, 10:31
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • Dünən, 09:45
    BƏƏ Prezidentinin müşaviri Körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb
  • Dünən, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 09:06
    Biləsuvarda toyda bıçaqlanma olub
  • Dünən, 08:59
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • Dünən, 08:37
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 11-10-2026, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • 11-10-2026, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • 11-10-2026, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • 11-10-2026, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • 11-10-2026, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • 11-10-2026, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • 11-10-2026, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə