Sizin reklam burada 728×90
Son dəqiqə

Canlı yayım zamanı efirdə yarıçılpaq kişi peyda oldu

20.07.2022 19:37 605 1 dəq oxunur
Canlı yayım zamanı efirdə yarıçılpaq kişi peyda oldu
Amerikanın CNBC telekanalında Squawk Box adlı xəbərlər proqramın canlı yayımı zamanı alt paltarında olan naməlum kişi kadra düşüb.

bakunews.az milli.az-a istiandən bildirir ki, onunla çəkilmiş video Twitter-də yerləşdirilib və iki milyondan çox baxış toplayıb.

Aparıcı Endryu Ross Sorkin "Aureus Asset Management" investisiya şirkətinin rəhbəri Karen Fayrston ilə maliyyə bazarlarındakı vəziyyəti müzakirə edib. Bir anda Fayrston arxasında yarıçılpaq, mavi alt paltar geyinmiş bir kişi peyda oldu və qapıya doğru gedib. Aparıcı və qonaq baş verənləri şərh etməsələr də, Fayrston kişini görüb gülümsəyib.

"Heç olmasa alt paltar geyinir. Gəlin pozitiv düşünək", "Şortu interyerin rənginə uyğun gəlir", - sosial şəbəkə istifadəçiləri yazıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az