• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

YARADILIŞIN SİRLƏRİ

Maraqlı

12-06-2023, 03:04

Bismillahir Rahmanir Rahim

Bağışlayan və mərhəmətli Rəbbimiz Qurani Kərimdə bizlərə yaradılış barəsində məlumatlar verib. Təəssüflər olsun ki, bu vaxta kimi bir çox alimlər müştehidlər ilahiyyatçılar əsas vacib olan bir məsələni insanlara tam izah etməyiblər. Bəlkə də, insanların nə üçün yaradılmışıq sualına veriləcək cavab izah edəcəyim məsələnin kilid nöqtəsidir. Uca Rəbbimiz yaradılışdan qiyamət gününə kimi bir senari hazırlayıb. Senari və izah edəcəyim məsələni bir çox insanlar qəbul etməyə bilər. Deyə bilərlər ki, senari nədi ALLAHın senariyə ehtiyacı yoxdur. Bəli ehtiyacı yoxdur ama planlı qurulan birşeyə hər hansısa ad verilir. Bunun da adı senaridi. Səbəb isə pis vəya yaxşı əməllərin mükafatı, cənnət və cəhənnəm və buna bənzər suallar ola bilər. Məsələn, əgər senaridirsə nə üçün Cənnət Cəhənnəm var və sairə. İzah edəcəyim məsələ isə tam fərqlidir. Həyat yolu, yaxşılıq və pislik onun mükafatı, vəya əzabı, bunlar tam başqa bir mövzudur. İlk olaraq uca ALLAH Mələklərə mən yer üzündə bir xəlifə yaradacam deyir. Mələklər isə ALLAHa sual verir, qan tökən fəsad törədən birini yaradacaqsan. ALLAH isə cavabında mən sizin bilmədiklərinizi bilirəm deyir. Rəbbimiz necə də elm və qüdrət sahibidir. O, qurduğu senarini belə, Mələklərinə tam izah etmir. İlk insanı yəni, Hz Adəmi yer üzündə yaradacağını desə də, Cənnətdə yaradır və ona öz ruhundan üfürür. Mələklərin ona səcdə etməsini əmr edir və oddan yaradılan İblis əmrə qarşı çıxır. Deməli, uca Rəbbimizin oddan yaratdığı bir varlıq səbəbsiz yaradılmamışdı və o müddətə kimi, ALLAHın əmrinə qarşı çıxmamışdı. Çünki, ALLAH kimlərə hansı vəzifəni nə üçün verdiyini çox gözəl bilirdi. ALLAH İblisi cənnətdən qovur. İblis isə ALLAHdan vaxt istəyir. Güc və qüdrət sahibi olan ALLAH istəsəydi İblisi yəni Şeytanı yaratmazdı vəya etiraz etməsinə mane olardı. Cənnətdən belə qovmazdı canını alardı. O, isə bunları etmədi. ALLAH demişdi axı, mən yer üzündə xəlifə yaradacam. İblisə qiyamət gününə kimi vaxt verir. Yəni İblis vəzifəsini icra etməlidir. Hz Adəm ilə birlikdə Həvvanıda yaradır. Onlara isə Cənnətdə olacaqlarını və istədikləri Cənnət meyvələrindən yeyə biləcəklərini deyir. Orada olan bir ağacı isə onlara qadağan edir. Bu ağac bir səbəb idi. Əslində İblis yəni Şeytan Adəmə həqiqəti dedi. Nə idi bu həqiqət. Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz Mələk olmayasınız vəya Cənnətdə əbədi qalanlardan olmayasınız. Yəni, Şeytan onlara məlumatın əsas hissəsini deyir. Qadağanın əsas səbəbini. Yəni, ALLA sizin Mələk olmamağınız üçün vəya cənnətdə əbədi qalmamağınız üçün, bu ağacı bura yerləşdirib. Uca Rəbbimiz bilirdi ki, onlar, o ağaca yaxınlaşacaqlar. Çünki ALLAH yaratdığı insanların əksəriyyətinin qadağalara qarşı çıxacağını bilirdi. O ağac, bir qapıdır Cənnətdən çıxış dünyay giriş qapısı. ALLAH demişdi axı, o ağaca yaxınlaşmayın yaxınlaşsanız, özünüzə zülm edənlərdən olacaqsınız. Yəni, fani olacaqsınız, hərşeyi əziyyətlə əldə edəcəksiniz və arzularınız belə yarım qalacaq, öləcəksiniz. Ağac və onun meyvəsi haqqında bir neçə rəvayətlər var. Rəvayətlərdə adları keçən meyvələrin, ayədə bəhs edilən ağac və onun meyvəsi ilə, heç bir əlaqəsi yoxdur. O ağac xüsusi bir ağac idi. Hz Adəm ilə Həvvanı fani etmək, və onlarda, şəhvət hissini yaratmaq qüdrətinə malik idi. Bu ağacın meyvəsi, Hz Adəm ilə Həvvanın bədənində ilk toxumu yəni, spermanı yaratdı. Meyvənin əsas mahiyyəti, mənsub olduğu ağacın kökü kimi qiyamətə qədər insan bədənində, var olduğu hissədə, sabit qalmasıdır. Şeytan sadəcə yol göstərdi, və meyvəni daddıqca onlar, qəribə hislər keçirdilər. Şeytan ilk vəzifəsini tamamladı və onlardan uzaqlaşdı. Keçirdikləri hislərin qısa müddətli və aldadıcı olduğunu görüb, peşman oldular. Uca Rəbbimiz onları da, Cənnətdən çıxarır və vəzifələrini icra etmələri üçün, yer üzünə göndərir. Çünki onlar artıq, bir birini şəxsiyyət və cinsiyyət olaraq tanımışdı. Cənnətdə yer üzündə olduğu kimi cinsi əlaqə yoxdur. Cənnət sadəcə sevgi məkanıdır. Ona görə də, insanlar yer üzündə cinsi əlaqə ilə çoxalır və yaşadığı müddətdə etdiyi yaxşı vəya pis əməlin qarşılığını alır. Yəni, insanlar yer üzündə çoxalıb Cənnəti doldurmalıdır. Rəbbimiz icazə versəydi, Hz Adəm ilə Həvvaya icazə verərdi və insanlar da, hazır Cənnətdə yaşayardı. ALLAHın yer kürəsi üçün qurduğu planlar var. Ona görə insan, yaradılışının səbəbini və məqsədini bilməlidir. Məqsəd, ALLAHa dua və ibadətdirsə, onu Mələklər insanlardan daha yaxşı edir. İnsanlar yaşadığı dünyanıda gözəlləşdirməlidir. Çünki, bu dünyada tək sizlər yaşamırsınız. Sizin dövrünüzdə və sizdən sonra da, dünyaya yeni insanlar gəlir. Müsəlmanların əksəriyyətinin düşüncələri səhvdir. Yaradılmışam dua edim, ibadətlərimi yerinə yetirim, və Cənnəti qazanım. Dua və ibadətlər vacibdir və lazımdır. Onlardan da, ən vacib olanı isə, göndərildiyin dünya üçün nə etmisən, bax əasa odur. Təəssüflər olsun ki, bir çox kəşfləri və ixtiraları ateistlər, deistlər, buddislər, xristianlar edib. Etiraf etməliyik ki, onlar insanların xeyri və rahatlığı üçün, çox ixtiralar ediblər. Bəli yaradılışdan bu günə kimi, nələr kəşf edilibsə, Rəbbimizin yer kürəsi üçün hazırladığı plana uyğun davam edir. Onlar, müsəlman olmasa da onlara elmi verən ALLAHdır. Onları müsəlman edə bilməyən cəmiyyət günahkardır. Çünki, müsəlmanlar elmə üstünlük verməli və yeni kəşflər etməli idirlər. ALLAH hər insana bir istedad verib. Birinə alimlik, birinə şairlik, birinə rəssamlıq, digərinə memarlıq və sairə. Hərkəs öz sahəsində inkişaf etməlidir. Müsəlmanlar isə bunları etmir. Ən kiçik xırda bir məsələdə ilişib qalırlar. Məsələn, paltara bir zərrə su düşüb xəbəri olmadan namaz qılır, sonra suyu görür şübhəyə düşür. Suyun necəliyini bilmir və yenidən paltarını dəyişib namazını qılır. Halbu ki, insanlar böyük işlər görmək üçün yaradılıb. Əsas mövzuya geri dönək. Həvva Hz Adəmin nə qabırğasından nə də artıq qalan torpağından yaradılmamışdı. Həvva Hz Adəm ilə eyni vaxtda eyni torpaqdan yaradılmışdı. Haqq olan ALLAH, insanı ilk olaraq Cənnətdə ona görə yaratdı ki, yer üzündə ağır olacaq imtahan və vəzifəsinin məqsədini və səbəbini bilsin. Çəkdiyi zəhmətin qarşılığında isə, şahidi olduğu əbədi rahatlıq yeri olan, Cənnəti qazansın. Deməsin ki, hərşey yer üzündən başladı, cənnəti görmədim və dərk etmədim. Təəssüflər olsun ki, Hz Adəmin dövründən insanlar inanmadı və qəbul etmədi yaradılışı Cənnəti Cəhənnəmi. Cəhənnəmin olduğuna inanmayan insanlar, cəhənnəm əzabının yüzdə əllisini yer üzündə yaşayır, ama yenə də, ALLAHa onun yaratdığı aləmlərə inanmır. İnsan nəslinin çoxalma prosesini də, çox qəlizləşdiriblər. Qurani Kərimin açıq aşkar ayələrini qəbul edə bilmirlər. Bir çox alimlər, ruhanilər, ayədə verilən məlumatı, qardaş bacı evliliyi kimi başa düşür və bu iş haram olduğu üçün, hədislərdən stat gətirirlər. Nə üçün alimlər dedim. Onların qeydlərini oxuyun görəcəksiniz ki, bir neçə versiya qeyd ediblər. Adəmdən əvvəl Adəmlər, əkiz övladlar, vəya əvvəl halal olub sonra haram edilmə məsələsi. Bir çoxları da, belə bir sualverir. Hz Adəmi yaradan ALLAH, bir neçə Adəm ilə Həvva yarada bilməzdi. Bəli, yarada bilərdi ama yaratmadı. Səbəbi isə, çox sadədir. Başqaları kimi hədis vəya kiminsə fikrini deməyə ehtiyac yoxdur. Qurana müraciət edək. Əgər bir çox alimlər ruhanilər kimi qardaş bacı evliliyi düşünülərsə, əlbəttə onlar kimi də, hədislərə müraciət edilməlidir. Yaşadığınız miladi təqvimin ilk ilinə gedin. Yəni, Hz İsanın yaradılışına baxın. Hz Məryəmə Mələk insan surətində görünüb. Hz Adəm ilə Həvvanın iki oğunun həyatı, Hz Məryəmin həyatı ilə eynidir. Onların hər ikisinə də, Mələklər göndərilmişdi. Uca Rəbbimiz, səbəbsiz yerə Hz İsa ilə Hz Adəmi bir ayədə müqaisə etmir. Necə ki, uca Rəbbimiz Qurani Kərimdə bizlərə xatırladır. Həqiqətən ALLAH yanında İsanın məsəli Adəmin məsəli kimidir. ALLAH onu yəni, Adəmi torpaqdan yaratdı sonra isə ona “ Ol ! ” dedi o da oldu. Bir çoxları deyə bilər ki, burda torpaqdan yaradılış və nütfədən bəhs edilir. Xeyir, tək ondan deyil bir kişi və bir qadından neçə çoxala bilərik deyənlərə də bir mesaj verir ALLAH. Yəni, ALLAH deyir ki, insanı həm torpaqdan yaradıram, həm də, cinsi əlaqədə olmadan atasız yaradıram. Yəni qardaş bacı evliliyinə ehtiyac olmadan. Habil İlə Qabilə də, Mələklər göndərilmişdi. Onlardan birinin digərini öldürmə səbəbi isə, qurbanının qəbul edilməməsi idi. Nə idi bu qurban. Onların hər ikisi ALLAHdan övlad istəmişdi. Diqqət edin, bu məsələni də, hədislərə uyğun insanlara çatdırırlar. Hər hansısa məhsulu ALLAHa təqdim ediblər, birinin qurbanı qəbul edilib, digərinin qurbanı qəbul edilməyib. Qurani Kərimdə Hz İbrahimin də, həyatından bəhs edilir. Hz İbrahim də, övlad ilə imtahan edildi. Qurbanlıq məsələsi Hz İbrahimin imtahanı idi. Hz Adəmin oğulları ALLAHdan övlad istədi ALLAH isə, imtahan üçün, birinə övlad verdi digərinə isə, övlad vermədi. Övladı olan şəxs qurban kəsdi digəri isə, həsəd aparıb qatil oldu. Nəsil isə, ilk qatilin deyil qətlə yetrilənin və onların bacılarının övladları vasitəsi ilə artdı. Hz Məryəmə insan surətində görünən Mələk, Hz Adəmin qızlarına da insan suretində göründü. Həqiqətən də, Rəbbimiz elm və qüdrət sahibidir. Çünki, O, torpaqdan yaratdığı insanı ölümündən sonra, özünə yəni, torpağa qarışdıracaq. Qiyamət gününə kimi. vəzifəsini icra edib Rəbbinə qarşı çıxan insanları seçib, özü ilə, birlikdə Cəhənnəmə aparan Şeytanı isə, yaratdığı oda qarışdıracaq. Qeyd etmək istədiyim məsələ, odun odu yandırmamağıdır. Vəs səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

HAFİZUL ƏSRAR

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

26-08-2022, 14:22

Mayk Pompeo yeni ABŞ partiyasından prezidentliyə namizəd olacaq?

Dünya

15-07-2022, 07:20

Pakistanda müxbir ona mane olan yeniyetməyə şillə vurdu

Siyasət

5-08-2022, 04:57

Fazil Mustafa: “Bütün dini şüarlar küçələrdən yığışdırılmalıdır”

Səhiyyə

13-07-2022, 14:16

Meymunçiçəyinin gizli əlaməti

Maraqlı

15-08-2022, 12:25

Elon Maskdan ŞOK AÇIQLAMA: İnsan beyninə çiplərin yerləşdirilməsi...

Cəmiyyət

3-08-2022, 11:28

Baş Prokurorluq Şuşaya səfər barədə izah hazırlayıb

Cəmiyyət

5-09-2022, 00:37

Tanrı mərhəmətimizi onlarla sınayır bəlkə də... - FOTO

Maraqlı

2-08-2022, 21:20

Qurani-Kərim psixoloji təzyiqlərlə mübarizə yolunu öyrədir

Şou-biznes

6-09-2022, 13:51

“Dilarə evində qalmırdı, Oqtay işə gedən kimi bizə gəlirdi...”

Təhsil

28-06-2022, 20:47

Etibar Əliyev: “Anar Qədiməliyev məktəbləri dağıtmaq, korrupsiyanı genişləndirmək üçün müdir təyin edilib”

Dünya

15-07-2022, 04:49

ÜST: “Afrikada infeksiyaların heyvanlardan insanlara keçmə halları artıb”

Cəmiyyət

4-07-2022, 14:24

"Bilmirik, o kolbasaların içində nə var, o qiymətə başa gələ bilməz" - NƏ ETMƏLİ?

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Bu gün, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Dünən, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Dünən, 10:28
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • Dünən, 10:22
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Dünən, 10:03
    Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb
  • Dünən, 09:52
    Bu gün dollar neçəyədir? Mərkəzi Bank məzənnələri açıqladı
  • Dünən, 09:49
    Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
  • Dünən, 09:44
    “Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
  • Dünən, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • Dünən, 09:17
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • Dünən, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 20-09-2026, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • 20-09-2026, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • 20-09-2026, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə