• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Fazil Mustafa: “Bütün dini şüarlar küçələrdən yığışdırılmalıdır”

Siyasət

5-08-2022, 04:57

“Ümumiyyətlə, soruşmaq lazımdır ki, dini şüar nə deməkdir? Dinin şüarı “Quran”da yazılıb. “Quran” ayələri də inşa edilən məscidlərin divarlarında əks olunub. Bundan o tərəfə hansı dini şüar ola bilər? Bu, artıq dini şüar olmaqdan çıxır, olur siyasi şüar. Bəzən də bunlar başqa dövlətlərin Azərbaycan ərazisində üstünlüyünü, ölkəmizdəki ayrı-ayrı qrupları idarə etməsini ifadə edən atributlardır. Azərbaycan polisi nə etməlidir? Əlbəttə, bütün dini şüarları küçələrdən yığışdırmalıdır. Hansı dini şüar ola bilər? Bu şüar sizin inancınızla bağlıdırsa, inanc insanın qəlbində, sözündə olur. Buyurun, ibadətinizi edin. Dini şüar adı ilə başqa ölkələrin hansısa ideoloji kursunu Azərbaycan məkanında həyata keçirmək nə deməkdir? Gedib həmin ölkələrdə bunu edə bilərsinizmi? Həmin ölkələrdə küçələrə, divarlara Azərbaycanın Qarabağla və başqa dəyərləri ilə bağlı bir şüarını yaza bilərsinizmi? Ona görə də bu, birbaşa başqa ölkələrdən idarə olunan prosesdir və bu prosesin qarşısı alınmalıdır”. Sfera.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.



Deputat bildirib ki, Azərbaycan dövləti, polisi bu məsələdə tamamilə haqlıdır və daha sərt davranmalıdır: “Kimlərsə dini inancını həyata keçirmək, ya da özü üçün din adına inanc kimi qəbul etdiyi hansısa prosesi icra etmək istəyirsə, bunu öz daxillərində, evlərində, hansısa məkanda həyata keçirirlərsə, buna kimsə maneə olmur ki... Amma kimsə şüarları küçələrə yazacaqsa, sonu nə olacaq? Onda İslama aid olmayan başqa dinlərin də bütün şüarlarını küçələrimizə, divarlara yazsınlar? Buna hansı dövlət icazə verər? Həm də Azərbaycanda dini yox, dünyəvi dövlətdir. Hər şey bu dövlətin qanunlarına uyğun idarə olunmalı, tənzimlənməlidir. Ona görə də bu məsələdə hər hansı güzəştə yol vermək olmaz”.

F.Mustafa qeyd edib ki, dində “şüar” deyə bir anlayış yoxdur:
“Hansı anormal adam söyələyə bilər ki, dində divara yazılmalı şüar var? Hansı dinin şüarı var? Dini dövlət yoxdur ki, onun şüarı da olsun. Dinin mahiyyətini əks etdirən bütün kəlamlar ayələr formasında “Quran”da yer alır, Allah tərəfindən nazil olunub. Müəyyən qədər dini inancı əks etdirmək üçün bir çox məscidlərin divarlarında konkret ayələr ərəb əlifbası ilə yazılıb. Bir qrup insan başqa ölkələrdən təlimat alaraq burda dini ritualların xüsusi müdafiəçisi, qoruyucusu, hətta bəzən Allahın məsləhətçisi kimi, Allaha kömək edən, dəstəkçisi, müdafiəçisi kimi rolları ifa edirlər. Kim sizə bu səlahiyyəti verib?”

Deputat bildirib ki, hər kəs inancında sərbəstdir: “Konstitusiya bu hüququ verir. Amma inancı başqa insanlara qarşı təzyiq vasitəsinə çevirməyə kim icazə verər? Ona görə də bu məsələnin genişlənməsinə icazə vermək olmaz. Bu, təxribatdır və qarşısı asayişi qoruyan polislər tərəfindən alınmalıdır. Azərbaycanın gələcəyini təhlükə altına sala bilmərik. Bəzi başıboş adamlar bəlkə elə bilirlər ki, işlədikləri dövlətin, xidmət, nökərçilik etdikləri ölkələrin ayrı-ayrı ruhanilərinin, din adamlarının ideyasını Azərbaycanda rahatlıqla yaya bilərlər? Dövlətin gələcəyini düşünən insanlar olaraq buna yol verməməliyik. Bu kimi məsələlər mübahisəyə açıq deyil. Əvvala, dinin şüarı olduğunu kimsə sübut etsə, onda müzakirə etmək olar ki, bunu hardan oxuyub? Hansı kitabda var? Sən özün üçün xəyali bir şeylər uydurmusansa, gətirib onu Azərbaycan cəmiyyətində dinin adına sırıyırsansa, artıq bu, hoqqabazlıq kimi anlaşılmalıdır. “Quran”dakı ayələri hər yerdə sərbəst oxu, ibadətini et. Sən mütləq hansısa şüarla cəmiyyəti ətrafına toplayıb, yanlış istiqamətlərə aparmalısan? İslam dininə dəxli olmayan tezisləri, fikirləri, görüşləri İslam adı ilə sırımaqla dini hörmətdən salmağın mənası nədir? Niyə ziyan vurursunuz bu gözəl dinə? Gözəl əxlaqı təbliğ edən dinə niyə yaramaz, avara hərəkətlərinizlə ziyan vurursunuz? Azərbaycanda vicdan azadlığı var və kimsə buna maneə olmur. Amma Azərbaycanda din adı ilə hansısa istismar azadlığı yoxdur. Dini atributlar, yalandan dini bayraqlar... Hardan almısınız bu bayraqları? İslamın hansı bayrağı olub? Azərbaycanın bir bayrağı var, o da Dövlət bayrağıdır. Başqa bayrağı onun yanına niyə din adı ilə “soxuşdurursunuz?””

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-08-2022, 17:17

Dövlət Komitəsi: "Cümə namazlarında Azərbaycanın Britaniyadakı səfirliyinə hücum pislənilib"

Hadisə

2-08-2022, 13:30

DİN: Radikal dini şüarların təbliği yolverilməzdir

Gündəm

7-08-2022, 19:20

İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

İdman

6-08-2022, 16:47

"Ferentsvaroş"un prezidenti: "İqrçi şüar səsləndirənlər özlərindən utansın"

Siyasət

5-08-2022, 21:50

Azərbaycan bayrağı yenidən səfirlik binasında dalğalanır (VİDEO)

Cəmiyyət

5-08-2022, 14:30

Bakıda Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib

Gündəm

5-08-2022, 04:23

SON DƏQİQƏ! Radikal dini dəstə səfirliyimizə hücum etdi - ANBAAN VİDEO

Bölgə

14-07-2022, 10:53

Hacı Tahirin Gəncə İMAMZADƏdəki biznesi

Gündəm

5-08-2022, 05:03

Azərbaycan bayrağı Londondakı səfirlikdə yenidən dalğalanır - VİDEO

Cəmiyyət

7-08-2022, 14:09

Deputat: “Başqa xalqların məzhəb adı altında şüurumuzu işğal etməsi qəbul edilən deyil”

Siyasət

11-08-2022, 16:00

Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək

Maraqlı

2-08-2022, 22:00

Qiyamətin 50 keçidi nə mənasındadır?

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Xəbər lenti
  • Dünən, 19:06
    Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var
  • Dünən, 18:54
    Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
  • Dünən, 18:33
    Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
  • Dünən, 18:18
    SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
  • Dünən, 18:02
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:46
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Dünən, 17:37
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
  • Dünən, 17:30
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
  • Dünən, 16:19
    Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 16:09
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Dünən, 15:46
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • Dünən, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • Dünən, 15:21
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Dünən, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • Dünən, 14:47
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • Dünən, 14:27
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Dünən, 12:06
    Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar
  • Dünən, 11:39
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • Dünən, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Dünən, 11:22
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Dünən, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • Dünən, 10:47
    Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
  • Dünən, 10:31
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • Dünən, 09:45
    BƏƏ Prezidentinin müşaviri Körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb
  • Dünən, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 09:06
    Biləsuvarda toyda bıçaqlanma olub
  • Dünən, 08:59
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • Dünən, 08:37
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 11-10-2026, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • 11-10-2026, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • 11-10-2026, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • 11-10-2026, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • 11-10-2026, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • 11-10-2026, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • 11-10-2026, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə