• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İrandan sürgün olundu, şah ona ailə qurmağı qadağan etdi, evində ölü tapıldı - Zümrüd gözlü şahzadənin film kimi həyatı...

Mədəniyyət

21-08-2022, 14:00

Şahzadə Sürəyya İsfəndiyari Bəxtiyari 22 iyun 1932-ci ildə İranda doğulub. Onun göz açdığı ailə İranın ən soylu nəsillərindən biri olan Bəxtiyarilər nəslinə mənsub idi. Bəxtiyarilər nəslinin əsas qazanc yeri sahib olduqları torpaqlardan çıxan neftdən gələn gəlir idi.


bakunews.az kulis.az-a istinadən bildirir ki, Sürəyyanın atası Xəlil İsfəndiyari gənc yaşından oxumaq üçün Almaniyaya üz tutur. Berlindəki universitetlərdən birinə daxil olan Xəlil tez bir zamanda gecə gəzintilərinə maraq duymağa başlayır. Sarışın gözəllərin və bitməyən pulların əhatəsində olarkən o, alman əsilli Eva Karl ilə tanış olur. Cütlük tez bir zamanda evlənirlər. Bu evlilikdən onların Sürəyya adlı bir qızı və Bijan adlı oğulları doğulur.

Sürəyya beş yaşına qədər Almaniyada böyüyür. İsfahanı gördüyü zaman o, özünü min bir gecə nağıllarında zənn edir. O, beş yaşından sonra valideynləri ilə birlikdə İranda yaşamağa başlayır. İrandakı alman dilli məktəbdə təhsil aldığından onun iranlı yaşıdları ilə heç bir tanışlığı olmur. Anası onu tez-tez kilsəyə aparıb xristian adət-ənənələri ilə tanış edir. Mükəmməl təhsilə sahib olan Sürəyya fortepianoda ən gözəl əsərlər də çalmağa nail olur. Bir çox dərsləri isə evinə gələn müəllimlər vasitəsi ilə mənimsəyir. On dörd yaşına qədər ingilisdilli liseydə oxuyub erkən yaşlarından oranı fərqlənmə diplom ilə başa vurur. Bir müddət sonra isə Sürəyya təhsilini davam etdirmək üçün İsveçrənin Montryo şəhərinə gedir. Burada o, həm fransız, həm də ingilis dilini öyrənir. Üst-üstə isə o, fars, alman, ingilis və fransız dillərini mükəmməl səviyyədə mənimsəyir.

Bəyaz atlı şahzadə...

İranda isə arvadından ayrılmış şaha ailəsi layiqli gəlin axtarmağa başlayır. Sürəyyanın xalası onun şəklini götürüb saraya gedir. Şah Sürəyyanın şəklini görən kimi onunla görüşmək istədiyini bildirir. Belə olan halda onun bacısı Şəms Pəhləvi işə başlayır. Qəsdən təşkil olunmuş məclisə Sürəyya da dəvət olunur. Şəms burada onunla yaxından tanış olub fikirlərini öyrənir.

Qısa vaxt ərzində onlar mehribanlaşırlar. Bir gün hələ on altı yaşı yenicə tamam olan Sürəyya ilə Şəms təyyarə ilə Parisə gəzintiyə gedirlər. Paris səyahəti zamanı Şəms ona fikrindəki məsələni açıb bildirir. Həmçinin ona sarayda necə davranmağı, hərəkət etməyi də başa salır. Beləliklə onların mindikləri təyyarə İranda yerə enən kimi saray əhli onları qarşılamağa gəlir.

Elə həmin gecə Sürəyya şah ailəsinin dəvəti ilə onlara şam yeməyinə gedir. Gözəlliyi ilə bütün sarayı lərzəyə gətirən qızcığaz tezliklə xoş münasibət görür. Şahın gəlişi ilə qonaq otağı dərin bir ciddiyyətə və səssizliyə bürünür. Şah Sürəyyanı görən an ona vurulur.

Elə həmin gecə onlar Sürəyyagilə elçi gedirlər. Cütlük tezliklə nişanlanıb toya hazırlaşırlar. Lakin həmin ərəfədə Sürəyya tif xəstəliyinə tutulur. Həkimlərin səyi nəticəsində o, bu xəstəlikdən xilas olur. Bahalı gəlinlik paltarlı, gözqamaşdırıcı daş-qaşlar toy günü Sürəyyanın gözəlliyini daha da parıltılı edir. Nikahdan sonra nağıllar aləminə düşəcəyini fikirləşən Sürəyya qısa zamanda yanıldığının fərqinə varır. Demək olar ki, hər gün qurulan dəbdəbəli saray məclisləri qısa zamanda onu yorur. Üstəlik daima işdə olan, rəsmi toplantılardan başı açılmayan şahın üzünü gecədən-gecəyə görən Sürəyya tezliklə möhtəşəm bildiyi sarayın soyuq divarları arasında darıxmağa başlayır.

Sarayın otaqları sobasız, əşyalar isə köhnə dəbli olduğundan gənc xanım sarayı öz zövqü ilə bəzəmək istəyir. Bunun üçün Parisdən üç memar çağırır. Lakin, şah təmirə çox pul xərclənəcəyini deyib memarları öz ölkəsinə göndərir.

Əslində isə məsələ pulda olmur. Belə ki, şah sarayda təmir aparmağın və yeniləşmənin asan olmadığını bilir. Çünki, şahın evdə olan bacıları da şahzadə statusuna malik olurlar və saraydakı nəzarəti daim diqqət mərkəzində saxlayırlar...

İrandan qaçış...

1951-ci ildə İranda siyasi ictimai məsələlər kəskinləşir. Şah Qacarın nəslindən olan o vaxtkı İranın baş naziri Məhəmməd Müsəddiq ilə Rza şah arasında gərginlik başlayır. Belə olan halda şah Sürəyya ilə birlikdə Bağdada, ordan isə İtaliyaya qaçırlar. Ən çətin anlarında şahın yanında olan Sürəyya ona hər zaman dəstək olur.

Şah artıq taleyi ilə barışıb geriyə qalan həyatını kiçik bir əkin sahəsində işləməklə keçirməyi düşündüyü zaman İrandan sevindirici xəbər gəlir. "Müsəddiq məğlub edildi!"

Müsəddiqin siyasəti özünü doğrultmur. İngilis və ABŞ xüsusi xidmətlərinin səyi ilə hakimiyyətdən 1953-cü ildə uzaqlaşdırılır və bir daha siyasətə qayıtmır. Bundan sonra İran xaricilərlə bağladığı bütün sazişləri təsdiq edir.

Müsəddiq edama məhkum olunur. Rza Pəhləvi onu fərqli düşünsə də, ölkəsindən oğurluq etmədiyi və İranın yüksəlişi üçün çalışdığını əsas gətirərək Müsəddiqi bağışlayır.

İrana qayıdandan sonra Sürəyya kasıb ailələr üçün yardım kompaniyaları təşkil edir, insanlarla sosiallaşmağa başlayır. Heyvanlara və quşlara olan marağı hər kəsə eləcə də şaha məlum olduğundan sarayın bir hissəsində itlər, tutuquşular və müxtəlif heyvanlar saxlamağa başlayır. Onun özünə məxsus qəribəlikləri, qərbli psixologiyası, müasirliyi sarayda dedi-qoduların başlanmasına rəvac verir. Tezliklə onun ətrafında "maskalı" insanlar peyda olur. Sürəyya artıq onların kimliyinin və ona qarşı hansı münasibətdə olduqlarını bildiyindən o da başqa obrazlara girməyə məcbur olub hərəkətlərini ölcüb-biçməyə başlayır.

Rəsmi ziyafətlər, diplomat xanımları ilə görüşlər, vərəmli xəstələr üçün təşkil olunmuş dərnək fəaliyyətləri on yeddi yaşlı biri üçün çox darıxdırıcı olur. Tez-tez etdikləri səfərlərdə gündə ən azı üç dəfə dəyişilən libaslar, ayaqqabılar, çantalar və.s. onu günbəgün yorur.

Lakin bütün bunlara baxmayaraq, o, şaha sədaqət və sevgisindən bir an olsun belə vaz keçmir. Sarayda isə onun yeganə dostu şahın xalası Füruqzəfər xanım olur. Lakin, qısa zaman ərzində onu Sürəyyadan uzaqlaşdırmaq üçün saraydan çıxarıb başqa evə göndərirlər.

Vəliəhd davası və həmişəlik ayrılıq.

Elə həmin ərəfədə şahın ailəsində faciə yaşanır. Onun qardaşı şahzadə Əli Rza təyyarə qəzasında həlak olur. Bununla da Sürəyyanın pis günləri başlanır. Bütün saray əhli və İran xalqı Sürəyyadan vəliəhd doğmağını tələb edərlər. Fransada, Almaniyada aparılan bütün müalicələr səmərəsiz olur. Şah dövlət ilə Sürəyyanın arasında qalır. 1958-ci ildə sarayda açıq-aşkar şaha yeni bir qadın aramağa başlayırlar. Belə olan halda cütlük qısa müddət üçün ayrılıq qərarı verirlər.

Əslində o, şahın ikinci qadınla evlənməsinə dözə bilsə, yenidən sarayda şahzadə kimi yaşamaq şansı olur. Amma Sürəyya bunu qəbul etmir. Bir müddət anasının yanında yaşayan şahzadə tezliklə şahın onun ardınca gələcəyini ümid edir. Lakin, düşündüklərinin tam əksi baş verir. Şah Sürəyyaya dövlətin mənafeyi naminə məlum vəziyyətə boyun əymək məcburiyyətində olduğunu bildirən məktub yazır. Onun İrana dönməyəcəyinə əmin olan şah tez bir zamanda Sürəyyadan boşanmaq haqqında qərarını açıqlayır. 1958-ci il mart ayının 14-də onların rəsmən boşandıqları bütün dünyaya məlum olur.

Boşandıqdan sonra Rza şah zümrüd gözlü şahzadəm adlandırdığı qadına bir neçə ömür yetəcək var-dövlət bağışlayır. Lakin bu sərvətin çox ağır şərtləri olur. Belə ki, Sürəyya bir daha heç kimlə ailə qurmamalı və şahın adına ləkə gətirəcək hərəkət etməməlidir. Şərtləri qəbul etməkdən başqa çarəsi olmayan Sürəyya bir günün içərisində adi insana çevrilir. Artıq küçədə heç kim onu tanımır. Hətta avtomobilini qadağan olunmuş yerdə saxladığı üçün polis tərəfindən danlanıb cərimə edilir. Bütün bunlara baxmayaraq o, həyatını yenidən qurmağa cəhd edir.

Sürgünün başlanğıcı...

Qərb mətbuatı onu artıq sürgündə olan şahzadə kimi qəbul edir. Sürəyya boşandıqdan sonra İtaliyaya üz tutur. Çox sevdiyi aktrisa İnqrid Bergmanın iştirakı ilə çəkilmiş filmə baxan şahzadə özünü aktrisalıqda sınayır. O, Dino de Laurentisin çəkdiyi "Bir qadının əsl siması" filminə çəkilir. Film çox böyük uğur qazanır. Lakin çox qısa zaman ərzində film göstərilən bütün kinoteatrlar filmi nümayiş etdirməkdən imtina etdilər. Gəzən şayiələrə görə isə həmin filmin bütün nümunələri şah tərəfindən satın alınıb kinoteatrlardan yığışdırılır.

İtaliyada olduğu müddətdə mətbuat onu bir an olsun sakit buraxmır. Olmazın şayiələr, sevgi münasibətləri haqqında çıxan dedi-qodular hər tərəfə yayılır. Lakin, yazılanların və deyilənlərin əksinə olaraq Sürəyya hələ də şaha aşiq idi. Və ən önəmli olan isə ona verdiyi sözü yerinə yetirib heç zaman ikinci dəfə ailə qurmur. Lakin, o, artıq şahdan əbədi olaraq ayrıldığının da fərqinə varıb onu unutmağın lazım olduğunu anlayır.

Bir müddət sonra o, çəkildiyi növbəti filmdə aktyor Franko İndoviniyə aşiq oldu. Yeni sevgisi ilə qəlbinin ağrılarını ovudan Sürəyya beş il birlikdə olduğu Frankodan çox faciəli halda ayrılır. Gecə ilə gələn telefon zəngində Frankonun təyyarə qəzasında həyatını itirdiyi bildirilir.

Zümrüd gözlərdə yaş var...

İtaliyadan böyük kədərlə ayrılan Sürəyya Almaniyaya, ordan da Parisə gəlir. Artıq həmişəlik Parisdə qalmağa qərar verən keçmiş şahzadə şahın ona bağışladığı mənzildə yaşamağa başlayır. Əlində istədiyi qədər pulu və sərvəti olan Süəryya qadın xoşbəxtliyinə nail ola bilmir. Nə qatıldığı kübar məclislər, nə yüzlərcə pərəstişkarı, nə bahalı daş-qaşları onun tənhalığını ovundura bilmir. O, günlərlə, həftələrlə evdən çıxmır, alkoqollu içkilərdən istifadə etməyə başlayır. Çox vaxtı onun ara-sıra qatıldığı məclislərdə ağladığını da söyləyənlər tapılır. Tezliklə mətbuat onun tənhalığından xəbərlər düzəldib "zümrüd gözlərdə yaş var" başlıqlı yazıları qəzetlərin ilk səhifələrinə qoyurlar. Sürəyyanın, valideynləri və qardaşı onun bu halına çox üzülsələr də heç nə edə bilmirlər. Anası onun haqqında xatirələrində yazırdı:

"Qızım İrana şahın ailəsinə gəlin gedəndə on altı yaşlı həyat dolu bəxtiyar bir qız idi. Ordan qayıtdıqdan sonra isə o, ciddi və toxunulmaz bir qadına çevrilmişdi".

1991-ci ildə o, "Tənhalıq sarayı" adlı bioqrafik kitabını yazır. Bundan sonra o, özünü insanlardan tamamilə təcrid edir. Ən yaxın adamları ilə əlaqələrini belə kəsir. Onu ancaq xidmətçiləri narahat edə bilir.

Sürəyyanın növbəti kitabı "Həyatım" adlanır. Bu kitabda o, sarayda yaşadığı xoş və sıxıntılı günləri qələmə alır. O, həmin kitabın son vərəqinə bu sözləri yazır:

"Şahzadə olmağın ən pis tərəfi hər zaman kimlərinsə nəzarətində olmaq idi. Aradan uzun zaman keçsə də, mən indi də evimdə çox narahat gəzib dolaşıram. Günün günorta çağı belə pərdələri çəkmək, qapıları kilidləmək istəyirəm ki, heç kimin məni görmədiyindən əmin olum".

Şahzadə Sürəyya 2001-ci il oktyabr ayını 25-də xidmətçisi tərəfindən Parisdəki evində ölmüş halda tapılır. Ölümündən səkkiz gün sonra isə onun tək dostu və mirasçısı qardaşı Bijan da həyatını itirir. Şahzadənin və qardaşının öldürülmə xəbərləri bir müddət medianı zəbt etsə də, bunun üçün heç bir sübut olmur. Şahzadənin qoyub getdiyi səksən milyon dollarlıq sərvət isə sahibsiz qalır.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

14-08-2022, 12:03

Anasından gizli filmə çəkildi, məşhur futbolçu ilə ailə qurdu, səssiz-küysüz dünyasını dəyişdi - Kinomuzun Gülpərisindən maraqlı faktlar

Maraqlı

10-08-2022, 16:15

Şahzadə 32 yaşlı tələbə ilə nişanlandı

Maraqlı

13-08-2022, 14:50

Evli adama dəlilər kimi aşiq oldu, açıq-saçıq şəkillərlə pul qazandı, övladlarına görə sevgilisini atdı

Şou-biznes

27-08-2022, 17:50

Rafael Dadaşovu tərk etdi, ailəli adamla 7 il eşq yaşadı -

Şou-biznes

17-07-2022, 13:08

Erkən ailə qurdu, sevdiyi insandan ayrıldı, qəfildən dünyasını dəyişdi

Şou-biznes

19-07-2022, 18:00

Emili həyat yoldaşından ayrıldı

Hadisə / Kriminal

5-09-2022, 13:54

Bıçaqladığı qadın 7-ci arvadı olub - Kürdəmirdəki hadisənin detalları

Mədəniyyət

23-07-2022, 16:00

Oğlu tərəfindən döyüldü, görmə qabiliyyətini itirdi, ərinin ölümündə günahlandırıldı

Dünya

19-08-2022, 17:05

Şahzadə Diana qəzada öləcəyi barədə xəbərdarlıq etdi, amma polis...

Cəmiyyət

23-08-2022, 20:28

Toya termosda konyak aparan, səhnədə güllələnən Xalq artisti

Dünya

21-06-2022, 21:29

Ərinin qadın olduğunu öyrəndi - Görün nə oldu?

Şou-biznes

19-07-2022, 18:18

Rəqqasə Fatimə: "Qızımla harasa gedəndə kürəkənimdən icazə alıram"

Araşdırma
Regional Kollecdə Tərlan Qayıbova və Sevda Qarayeva səltənətinə son qoyulmalıdır – Müəllimlərdən kəskin etiraz
Generalın “Gilan” şirkəti vətəndaşın əmlakını ələ keçirib?
Gəncə Regional Kollecdə rüşvət iddiası və intihara cəhd – müəllimə “Xoşqədəm dedi: et!” VİDEO
“Monella” MMC-nin kölgəsində: polkovnikin biznes planı və gizli sazişlər - ARAŞDIRMA
İsa Həbibbəylinin qızının Almaniyada olan bank hesabından 1 milyon pul oğurlanıb
Biləsuvar Texniki Peşə Məktəbindən açıqlama “Bu, satış deyil, tədris prosesidir” YENİLƏNDİ
Hadisə
Bu gün, 12:14
Qırmızı Xaç 3 nəfərin qalıqlarını İsrailə təhvil verib
29-10-2025, 10:03
Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü ölüb
28-10-2025, 09:30
Gəncədə ağır qəza - 1 ölü, 4 yaralı
27-10-2025, 12:18
Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi
27-10-2025, 09:47
Keşlədə tikinti materialları yığılmış yer yanıb - VİDEO
27-10-2025, 02:20
Naxçıvanda ailəni yasa boğan hadisə - “Sakitləşdirmək istədi, ölümcül döyüldü cibindən 8 min pulu oğurlandı”
Xəbər lenti
  • Bu gün, 13:40
    BAKI DÖVLƏT PEŞƏ TƏDRİS MƏRKƏZİNDƏ “KORRUPSİYA” DAVAM EDİR: RÜŞVƏT, DƏLƏDUZLUQ, CİNAYƏT
  • Bu gün, 13:02
    Bazar gününün havası açıqlanıb
  • Bu gün, 12:43
    Cərrah Rəşad Məmmədovun pasiyentləri şikayət edir: Əməliyyatları səhv edib…
  • Bu gün, 12:14
    Qırmızı Xaç 3 nəfərin qalıqlarını İsrailə təhvil verib
  • Bu gün, 12:03
    Bulvar yoxsa Zakir Fərəcovun şəxsi təsərrüfatı ?– Sumqayıt bulvarı ilə bağlı ilginc faktlar
  • Bu gün, 11:33
    İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi
  • Bu gün, 09:54
    LC Waikiki, New Yorker, Terranova, Calliope - Bakıdakı məşhur mağazalar bağlanır?
  • Bu gün, 09:46
    BDYPİ-dən çağırış: Həftəsonu istirahəti faciəyə çevrilməsin – yollarda diqqətli olun!
  • Bu gün, 09:34
    Nəsimi rayonunda qanunsuz tikintilərə hansı məmur icazə verib? -Videofakt
  • Bu gün, 09:22
    Premyer Liqanın X turunda bu gün daha iki oyun keçiriləcək
  • Bu gün, 09:08
    Mərkəzi Elmi Kitabxananın könüllüləri fəaliyyətə başlayıblar - FOTOLAR
  • Bu gün, 07:33
    GDU nəzdində Regional Kollecdə nə baş verir? - Emin Əmrullayev və Ülkər Səttarova niyə susur.. VİDEO
  • Dünən, 19:16
    Həbs edilən icra başçısı bu cinayətlərdə ittiham olunur
  • Dünən, 19:07
    Azərbaycanda generalın adı dələduzluqda hallanır - 98 min manatlıq fırıldaq
  • Dünən, 18:40
    ABŞ hərbi zərbələr endirəcək - Hədəflər açıqlandı
  • Dünən, 18:34
    “SOCAR” ın (ikinci əl) televizorlar və monitorlarları ucuz qiymətə satışı çıxarılıb
  • Dünən, 18:09
    Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olundu - FOTOLAR
  • Dünən, 17:59
    Sumqayıt Təbiət Elmləri Gimnaziyasında “fond pulu” əməliyyatı
  • Dünən, 17:34
    Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək - Hikmət Hacıyev
  • Dünən, 17:12
    “Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…
  • Dünən, 15:43
    İran pulu sürətlə "batır"
  • Dünən, 15:33
    Sahib Məmmədov “casus” ovunda
  • Dünən, 15:03
    Azərbaycanda “Halloween” məhsulları neçəyədir? - QİYMƏTLƏR
  • Dünən, 14:52
    Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nə baş verir?
  • Dünən, 14:37
    Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib
  • Dünən, 12:30
    “Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub FOTOLAR
  • Dünən, 12:00
    Rusiya XİN: Moskva Kiyevlə birbaşa danışıqlara hazırdır
  • Dünən, 11:30
    Qazaxıstanda antiterror təlimləri keçiriləcək
  • Dünən, 11:00
    Cənubi Koreya Prezidenti sərbəst ticarətin gələcəyini şübhə altına alıb
  • Dünən, 10:30
    Braziliyada polis reydində həlak olanların qohumları etiraz aksiyası keçiriblər
  • Dünən, 10:00
    KİV: Trampın nüvə sınaqları ilə bağlı açıqlaması Putinə ünvanlanıb
  • Dünən, 09:30
    Çin ABŞ-dən Tayvana silah satışını dayandırmağı tələb edib
  • Dünən, 09:00
    Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 07:02
    Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
  • 30-10-2025, 19:20
    Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə