• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Kamaləddin Qafarov: “Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir”

Siyasət

15-08-2022, 13:05

"Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə gedən bərpa və quruculuqişlərinin dinamikası ilə dünyanın diqqətini cəlb edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin mütəmadi olaraqbölgələrə etdiyi səfərlər Azərbaycanda görülən bütün quruculuq və inkişaf tədbirlərinin ölkə rəhbərliyinin xüsusi diqqətində saxlandığını göstərir. Bu diqqətin sayəsində işğaldan azad edilmiş ərazilərimiz daha sürətlə bərpa olunur , eləcə də digər regionlarda həyata keçirilən dövlət proqramları səmərəli şəkildə icra edilir".

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, avqustun 12-də Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfəri çərçivəsində açılışında iştirak etdiyi obyektlər bu rayonların iqtisadi inkişafının daha da sürətlənməsində mühüm rol oynayacaqlar: "Dövlət başçısının regionlara hər səfərində yeni obyektlərin açılışında və yaxud təməlqoyma mərasimlərində iştirakı bir ənənə halını almışdır.Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına etdiyi səfər də istisna olmadı.

Səfər çərçivəsində dövlətimizin başçısı İsmayıllı rayonunda "Basqal Resort & Spa" otelinin, Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib, "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə, həmçinin "Ağsu Aqropark" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.

Təbii ki, hər bir yeni istifadəyə verilən müəssisə ilk növbədə yeni iş yerləri deməkdir, xüsusilə bölgələrdə işsizlik probleminin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış bir addım kimi dəyərləndirilməlidir. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycanın əhalisi getdikcə artır və deməli, yeni iş yerlərinə tələbat da artır. Buna görə də iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır.Azərbaycan dövləti həm xüsusi proqram və layihələrin icrası ilə, həm də özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur".


K.Qafarov daha sonra deyib: "Ölkə Prezidenti cənab İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi, hər zaman olduğu kimi, önəmli açıqlamalarla zəngin idi. Diqqəti cəlb edən əsas məqamlardan biri ölkənin ərzaq təhlükəsizliyi barədə dövlət başçısının ifadə etdiyi fikirlər oldu. Bu gün bütün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük narahatlıq var. Bu vəziyyətin yaranmasına əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir.

Məhz bu müharibə nəticəsində bir çox ölkələr hazırda öz əhalisini ərzaqlıq taxılla təmin edə bilmir. Bu ölkələr üçün ənənəvi olaraq taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olublar, indi isə müharibə təchizatda çox böyük əngəllər törətmişdir. Təəssüflər olsun ki, Azərbaycan da hazırda özünü taxılla tam təmin edə bilmir.

Bununla belə, dövlətimiz tərəfindən vaxtında görülmüş tədbirlər, əldə olunmuş razılaşmalar sayəsində hazırda Azərbaycanda Rusiyadan taxıl idxalı ilə bağlı heç bir problem yoxdur. Buna paralel olaraq ölkədə ərzaqlıq buğdanın istehsalının artırılması istiqamətində də gərəkli işlər görülür. Bu məqsədlə xüsusi proqram işlənib hazırlanıb, yeni növ subsidiyaların tətbiq edilməsinə start verilib və bunun nəticəsində yaxın birneçə ildə ərzaqlıq buğdanın Azərbaycanda istehsalının kəskin artacağı gözlənilir".

Millət vəkili Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı yer alan fikirlərin mühüm siyasi əhəmiyyət kəsb etdiyini və faktiki olaraq bu fikirlərin dayanıqlı sülhə aparan yeganə yolun göstəricisi olduğunu qeyd edərək deyib: "Təəssüflər olsun ki, bu ayın əvvəlində baş verən hadisələr Ermənistanın hələ də Vətən müharibəsindən sonra yaranmış yeni regional reallıqları tam dərk edə bilmədiyini söyləməyə əsas verir.

Bu ölkənin hakim dairələrinin nəyə və kimə güvəndiklərini, baş verə biləcək hansı dəyişikliklərə ümid etdiklərini qətiyyən anlamaq olmur. Zaman keçdikcə Qarabağda da, Şərqi Zəngəzurda da, bütün regionda da dəyişikliklər olacaq, bu, labüddür. Lakin bütün bu dəyişikliklər, Prezidentimizin dediyi kimi, yalnız Azərbaycanın xeyrinə olacaq. Əgər Ermənistan da bu yeniliklərdən faydalanmaq istəyirsə, bunun üçün mövcud olan yeganə yol Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamaq və münasibətləri normallaşdırmaqdır.

Cərəyan edən hadisələr belə deməyə əsas verir ki, məhz Qarabağda yaşayan erməni əhalisi mövcud reallığı düzgün qiymətləndirməyə və qəbul etməyə daha yaxındır. Bunu dövlət başçımızın öz müsahibəsində qeyd etdiyi maraqlı bir faktdan da anlamaq olur. Yeni Laçın yolunun inşası prosesində son 6-7 ay ərzində həmin ərazidə Rusiyanın sülhməramlıları olmayıblar. Azərbaycanlı inşaatçılar oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda olublar, hətta yerli sakinlərdən bəziləri gəlib işlərdə kömək də edirdi və təşəkkürünü bildirirdi ki, Azərbaycan dövləti belə keyfiyyətli yol tikir.

Bu insanlar çox gözəl bilirlər ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi yalnız Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ermənistan isə birdəfəlik anlamalıdır ki, təxribatlardan əl çəkmədikcə, avqustun 3-də keçirilmiş "Qisas" əməliyyatının nəticəsində olduğu kimi, hər dəfə cəzalanacaq. Azərbaycan öz torpaqlarında istənilən əməliyyatı istənilən zaman apara bilər. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Azərbaycan sülhün və inkişafın tərəfdarıdır və bütün region ölkələrini də məhz bu yola dəvət edir".\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

20-08-2022, 01:38

Prezident İlham Əliyev bölgələrdə yeni reallığın memarıdır

Siyasət

20-04-2023, 01:16

Malik Həsənov: Azərbaycanın iqtisadi tərəqqisi regionların dayanıqlı inkişafında özünün aydın ifadəsini tapır

Siyasət

7-09-2022, 17:58

İşğaldan azad olunmuş ərazilərdə könüllü proqramına start verilir

Siyasət

11-04-2023, 19:13

Möhkəmlənən mövqeyin nümayişi - Malik Həsənov Milli Məclisin deputatı

Siyasət

13-08-2022, 15:32

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə planlı şəkildə görülən işlər Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatır - Sevil Mikayılova

Siyasət

13-08-2022, 21:25

Şəhər və rayonlar dövlət başçısının diqqət mərkəzindədir

Siyasət

13-08-2022, 13:38

İlham Əliyevin bölgələrə səfərləri xalqa qayğının, dövlətin inkişafına önəmin göstəricidir

Siyasət

23-04-2023, 19:19

Jalə Əhmədova: “Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra aktual məsələlərə toxundu və mühüm mesajlar verdi”

Siyasət

11-04-2023, 00:11

Azərbaycan-Tacikistan münasibətlərində yeni inkşaf mərhələsi

İqtisadiyyat

12-04-2023, 23:08

Sevinc Fətəliyeva: Azərbaycan-Qazaxıstan münasibətləri uğurla inkişaf edir

Siyasət

1-09-2022, 12:45

Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli strateji tərəfdaşlığı daha da genişləndirəcək - Sevil Mikayılova

Gündəm / Siyasət

1-07-2022, 13:05

Prezident İlham Əliyevin yeni kitabı çapdan çıxıb - FOTO

Araşdırma
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər həbs olundular - VİDEO
QHT-lərin qanunsuz medal fəaliyyəti üzrə cinayət işləri məhkəməyə göndərildi
"Oleq Bakinski"yə amnistiya aktı şamil olundu: Konstantin Kuçerin işinə baxılacaq
GDRK direktorundan Bakunews.az-a hədə: Susdurma cəhdi, qanunsuz təyinatlar və kollecdə boykot təhlükəsi ETN-i bunada susacaqsız ? VİDEOFAKT
Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir
Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
Hadisə
18-01-2026, 12:00
Yanıq xəsarəti alan kişi xəstəxanada öldü
18-01-2026, 11:00
Şəmkirdə maşın ağaca çırpıldı - Ölən var
17-01-2026, 16:28
Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var
17-01-2026, 14:23
Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
17-01-2026, 12:52
Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb
15-01-2026, 09:44
Qaxda qəza - Ölən və xəsarət alan var
Xəbər lenti
  • Dünən, 18:31
    Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
  • Dünən, 17:55
    Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - VİDEO
  • Dünən, 17:46
    Sumqayıtda “qanun” kameraya görə işləyir - Fərəcovun "qoçu dəstə"ləri var? VİDEO
  • Dünən, 17:14
    Böyük ola bilməyən "velikoruslar" – Duqin və solovyovların sönmüş ulduzları - ŞƏRH
  • Dünən, 17:01
    Bakıda restoranda kuryoz olay: Söyüşə görə müştəriyə cərimə yazıldı
  • Dünən, 16:47
    İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü
  • Dünən, 16:41
    Məmurun əri həmin videosuna görə üzr istədi
  • Dünən, 15:53
    Tramp bu dəvəti Putinə də etdi
  • Dünən, 15:49
    Vəhdət Partiyası 20 yanvar şəhid ailələri ilə görüş keçirib - Onlar niyə milli qəhrəman olmadılar?
  • Dünən, 15:42
    20 Yanvar Faciəsinin 36-cı ildönümündə Xətai rayonunda Şəhid Ailələri və Əlillərlə Tədbir Keçirilib
  • Dünən, 15:37
    Prezidentlə xanımı İsveçrədədir - Fotolar
  • Dünən, 15:26
    Bakıda 3 dərəcə şaxta olacaq
  • Dünən, 15:16
    Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb
  • Dünən, 14:56
    Yasamalda DƏRƏ XƏLVƏT... TÜLKÜ BƏY... - Bir gecəyə obyekt tikdilər...
  • Dünən, 14:35
    Azərbaycanda əhalinin sayı açıqlanıb
  • Dünən, 14:24
    Elm və Təhsil Nazirliyində milyonlarla manatlıq maliyyə uyğunsuzluğu - Kim qaytaracaq?
  • Dünən, 14:12
    Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir
  • Dünən, 14:05
    Reyddə sahibkara qarşı münasibət müzakirə yaratdı - Video
  • Dünən, 13:44
    Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb
  • Dünən, 12:55
    Xəlil Göyüşova 29 milyonluq tender verilib
  • Dünən, 12:31
    DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - VİDEO
  • Dünən, 11:55
    2 dəfə sökülüb, 3-cü dəfə tikilir – Binəqədidə işləyən neft quyusunun üstündə qanunsuz obyekt inşa olunur VİDEO
  • Dünən, 11:35
    Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 11:26
    Rektor təyinatından sonra suallar artır: Texnologiya Universitetində nə baş verir?
  • Dünən, 11:08
    Azərbaycan XİN İspaniyaya başsağlığı verib
  • Dünən, 10:52
    “Appro Hospital”da 1 saatda 5 ölüm halı… “Xəstəxana deyil, qəssabxanadır” – Şikayət
  • Dünən, 10:30
    Çörəkdən tam imtina etməyin hansı zərərləri var? – Mütəxəssislər XƏBƏRDARLIQ EDİR
  • Dünən, 10:28
    Qəzza üçün Tramp Sülh Şurasına daimi üzv olan ölkələr 1 milyard dollar verməlidir
  • Dünən, 10:22
    Güzdəkdə dağlar yarılır, qanunsuz gil daşınır: Elşən Ələkbərovu hansı məmur himayə edir?-Video
  • Dünən, 10:06
    Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı
  • Dünən, 10:00
    İspaniyada qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
  • Dünən, 09:47
    NƏSİMİ RAYONUNDA ZİRZƏMİLƏR DAĞDILIB, SƏKİLƏR QANUNSUZ ARTIRMALARIN QURBANINA ÇEVRİLİB - İH-DƏ SAHİBKARLARLA GİZLİ ANLAŞMALAR QURAN VƏZİFƏLİ ŞƏXS KİMDİR?
  • Dünən, 09:34
    Keşləyə su gəlməyəcək - SƏBƏB
  • Dünən, 09:30
    Zelenski: Rusiya Ukraynanın nüvə elektrik stansiyalarına zərər verməyə çalışır
  • Dünən, 09:00
    Suriya prezidenti Almaniya kansleri ilə görüşü ləğv edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə