• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Necə ola bilər ki, mülkiyyət hüququ əsassız qərarla məhdudlaşdırılsın?!” - Qulamhüseyn Əlibəyli

Sosial / Olay

26-10-2023, 19:27

Oktyabrın 18-də dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranının hüquqi nümayəndəsi Mübariz Yolçiyev tərəfindən Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Adbullayevə müraciət ünvanlanıb. Hüquqşünas bildirib ki, vətəndaşlar tərəfindən KM-ə ünvanlanan daha öncəki müraciətin üstündən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ cavab verilməyib və bu, pay sahiblərinin kütləvi narazılığına, etirazına səbəb olub.

“Bu gün Konstitusiya Məhkəməsində baxılması üçün bundan vacib nə iş ola bilər? Niyə 6 aydır iş uzanır? Niyə Konstitusiya Məhkəməsi yüzminlərlə vətəndaşın müraciətinə cavab vermir?”, - deyə Yolçiyev KM sədrinə sual edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Prezident Adminstrasiyası tərəfindən Konstitusiyaya Məhkəməsinə rəsmi məktub daxil olub və qeydiyyata alınıb.

Onu da vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, həm Prezident Administrasiyası, həm də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.

Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri, ölkə ziyalıları hazırda Konstitusiya Məhkəməsinin qarşısında duran bir nömrəli məsələnin özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsi olduğunu bəyan edirlər. Hansı ki, onların sayı bir milyondan artıqdır.

Bakı Dövlət Universitetinin (BDU) Konstitusiya hüququ kafedrasının dosenti, Milli Məclisin sabiq üzvü Qulamhüseyn Əlibəyli mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, hazırda tarixi ədaləti bərpa etmək üçün Konstitusiya Məhkəməsi qarşısında unikal fürsət yetişib: “Özəlləşdirmə çekləri vətəndaşların mülkiyyət hüququdur. Dövlət onlara bu çekləri əvəzsiz olaraq ayırıb. Qeyd edilib ki, bu vauçerlər qiymətli dövlət kağızlarıdır və heç bir halda zəman məhdudiyyəti nəzərdə tutula bilməz. Eyni zamanda, inflyasiyadan qorunmaqla özəlləşdirmə çekləri üçün konkret məbləğ nəzərdə tutulub. Lakin bu proses yarımçıq həyata keçirilib”.

“Fırıldaqçı işbazların və məmur oliqarxiyasının neqativ fəaliyyəti, əhalinin maariflənmə səviyyəsinin aşağı olması səbəbindən bəzi vətəndaşlar özəlləşdirmə paylarını “qara bazar”da satışa çıxardılar. Lakin elə vətəndaşlarımız da var ki, onlar bu günə qədər özəlləşdirmə paylarını qoruyub saxlayırlar. Lakin kimlərsə deyir ki, onların heç bir dəyəri qalmayıb. Bu, kökündən səhv və yanlış qərardır. Necə ola bilər ki, mülkiyyət hüququnun tədavül müddətinin başa çatması əsassız qərarla məhdudlaşdırılsın?! Bu qanunsuzluğu aradan qaldırmaq lazımdır”, - deyə hüquqşünas vurğulayıb.

Keçmiş deputatın Konstitusiya Məhkəməsindən ciddi gözləntiləri var: “Hesab edirəm ki, tarixi ədalət bərpa olunmalıdır. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi ədalətli qərar verəcək. Bundan sonra prosesin necə və hansı formada həyata keçiriləcəyinə aidiyyəti dövlət qurumları qərar verməlidir”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Adəm Məmmədov da AYNA-ya şərhində söyləyib ki, Konstitusiya Məhkəməsi təcili olaraq vətəndaşların xeyrinə qərar çıxarmalıdır: “Vətəndaşların mülkiyyət hüquqları pozulub. Hansı ki, mülkiyyət hüququ bir insanın doğulandan dünyasını dəyişənə qədər, bundan sonra isə vərəsəlik yolu ilə varislərinə keçən bir hüquqdur. Bunu heç bir halda pozmaq olmaz!”.

“Amma nə etdilər? Yüzminlərlə vətəndaşın hüquqları pozuldu. Dövlətin onlara ayırdığı paylar dəyərsiz kağız parçasına çevrildi. Sovetlər dövründə əmanət banklarında vətəndaşların pulları batdı. Sonradan Azərbaycan hökuməti onu qismən kompensasiya etdi. Özəlləşdirmə çekləri ilə bağlı isə heç bir addım atılmır”, - deyə müsahibimiz diqqətə çatdırıb.

“Payı əlində qalan insanlar daha neçə il gözləməlidirlər ki, problemləri öz həllini tapsın?! Kontitusiya Məhkəməsi bu qərarı elan etməlidir. Bunun əksinə getməyə onun nə hüquqi, nə də mənəvi əsası var. Ümid edirəm ki, belə də olacaq”, - deyə Məmədov qeyd edib.

Öz növbəsində tanınmış hüquqşünas Vaqif Hacıbəyli AYNA-ya bildirib ki, özəlləşdirmə prosesi böyük qüsurlarla müşayiət olunub: “Açıq şəkildə söyləmək olar ki, proses eybəcər şəkildə həyata keçirilib. Hansı ki, bununla bağlı fərmanda və qanunvericilikdə mütərəqqi məqamlar yer alırdı. Bu müddəaların heç biri həyata keçirilmədi. Mafioz qruplar vətəndaşlara məxsus səhmləri ələ keçirdilər”.

“Bununla bağlı bir hüquqşünas olaraq mən də vaxtilə bir qrup səhmdarın hüquqlarını müdafiə etmişəm. Gördüyüm mənzərə dəhşətə gətirirdi. Təsəvvür edin ki, səhmdarlar halal pulla aldıqları müəssisələri itirdilər. Buna görə onlara heç bir kompensasiya ödənilmədi. Prosesi çox biabırçı və rüsvayçı formada təşkil etdilər”, - deyə ekspert vurğulayıb.

Hacıbəyli birmənalı şəkildə hesab edir ki, Konstitusiya Məhkəməsi ədalətli qərar qəbul etməlidir: “Çünki burada ali hüquqlardan birindən - mülkiyyət hüququndan bəhs olunur. Əslində hazırda Konstitusiya Məhkəməsinin bir nömrəli vəzifəsi də bu olmalıdır”.

QEYD

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla infilyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün ücün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz. (AYNA)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

3-08-2022, 13:38

Birdəfəlik ödənişi alan Qarabağ əlili: "Prezidentimizə dua edirik"

Siyasət

24-08-2022, 17:38

Prezident kreditlərlə bağlı fərman imzaladı

Siyasət

10-09-2022, 16:03

Mahir Muradov Dövlət­imizə və Cənab Prezi­dent İlham Əliyevə Sədaqət Nümunəsidir.

Siyasət

25-07-2023, 19:19

Ombudsmanın səlahiyyətləri artırıldı

Ölkə

5-09-2022, 12:27

Ucarda özünü yandıran Qarabağ veteranının əlilliyi dayandırılmayıb - RƏSMİ

Cəmiyyət

26-07-2022, 17:52

Tbilisidəki “Qanun” Hüquqi Yardım Mərkəzi soydaşlarımıza təmənnasız dəstək göstərir

Səhiyyə / Bölgə

27-04-2023, 00:15

İmişlidə Mərkəzi xəstəxanada ÖZBAŞINALIQ - QALMAQAL

Mədəniyyət

10-01-2023, 23:40

İdrak Mustafayev: Elimizin Dəyərli Ağsaqqalı Mahir Muradovun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Siyasət

22-07-2022, 15:04

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqlənib

Cəmiyyət

8-07-2022, 16:16

Zaur Baxşəliyev 12 illik həbs oluna bilər - 180 min pul...

Cəmiyyət / Maraqlı

4-07-2022, 10:39

Müharibə əlillərinə ayrılan 50 milyon NİYƏ YOXA ÇIXIB?

Siyasət

12-01-2023, 19:01

Azərbaycan icması Niderland parlamentinin Nümayəndələr Palatasının sədrinə müraciət edib

Araşdırma
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
Hadisə
Bu gün, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Xəbər lenti
  • Bu gün, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Bu gün, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Bu gün, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Bu gün, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Bu gün, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Bu gün, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Bu gün, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Bu gün, 13:08
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Bu gün, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Bu gün, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Bu gün, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • Dünən, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • Dünən, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • Dünən, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • Dünən, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • Dünən, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • Dünən, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • Dünən, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • Dünən, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • Dünən, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • Dünən, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • Dünən, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • Dünən, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • Dünən, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Dünən, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • Dünən, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • Dünən, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • Dünən, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • Dünən, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • Dünən, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • Dünən, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • Dünən, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • Dünən, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • Dünən, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə