Sizin reklam burada 728×90
Son dəqiqə

İlon Maskın atası oğlu barədə danışdı: "Xoşbəxt deyil"

02.08.2022 18:10 563 1 dəq oxunur
İlon Maskın atası oğlu barədə danışdı: "Xoşbəxt deyil"
“SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru İlon Maskın atası 76 yaşlı Errol Mask oğlu ilə fəxr etmədiyini etiraf edib.

bakunews.az xarici KİV-ə istinadən xəbər verir ki, ondan planetin ən zəngin adamı olan oğlu ilə fəxr edib-etmədiyini soruşduqda ata Mask mənfi cavab verib.

Errol Maskın dediyinə görə, böyük oğlu İlon “istədiyi qədər xoşbəxt deyil”, çünki o, “uğur qrafikindən geri qaldığını” hiss edir.

Bir müddət əvvəl sosial şəbəkələrdə dolaşan İlonun yarıçılpaq şəkillərini xatırlayan Errol oğluna pəhriz saxlamağı məsləhət görüb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az