Sizin reklam burada 728×90
Son dəqiqə

48 saylı notariat ofisi ilə bağlı qalmaqallı iddialar: Üç ünvanda fəaliyyətə kim icazə verib?

14.12.2023 20:40 13 1 dəq oxunur
48 saylı notariat ofisi ilə bağlı qalmaqallı iddialar: Üç ünvanda fəaliyyətə kim icazə verib?
48 saylı notariat ofisinin keçmiş xüsusi notariusu Səadət Hüseynovun fəaliyyəti ilə bağlı mətbuatda yayılan iddialar ciddi suallar doğurur.

Dəryaz.az-ın yaydığı məlumatlara görə, Səadət Hüseynovun rəhbərlik etdiyi notariat ofisinin Bakı şəhərində üç fərqli ünvanda, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin ərazisində, “Meyvəli” adlanan ərazidə və Binəqədi şossesində fəaliyyət göstərdiyi iddia olunub.

Sual yaranır: Bir notarius eyni vaxtda üç fərqli ünvanda notariat əməliyyatlarının qanunauyğun aparılmasını necə təmin edib?

Mətbuatda yayılan məlumatlarda Səadət Hüseynovun BDYPİ sistemində rəhbər vəzifələrdə çalışmış Müşfiq Rəhimovla qohumluq əlaqələrinin olduğu da bildirilir. Lakin bu əlaqənin notariat fəaliyyətinə hər hansı qanunsuz üstünlük yaratdığına dair təsdiqlənmiş fakt təqdim edilməyib.

İddialarda Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində vəzifə daşımış Mehman Soltanovun da adı hallandırılır.

Digər diqqətçəkən məqam isə jurnalistlərin suallarına cavab olaraq Səadət Hüseynov tərəfindən göndərildiyi iddia edilən mesajdır:

“Mən sizi tanımıram, qoy bizdə sizə nəzarət edən ağsaqqalları narahat etməyək”.

Bu mesajın həqiqiliyi müstəqil təsdiqlənməsə də, iddia olunan ifadə jurnalist fəaliyyətinə mümkün təzyiq baxımından suallar yaradır.

Əsas sual isə Ədliyyə Nazirliyinədır: 48 saylı notariat ofisinin müxtəlif ünvanlarda fəaliyyət göstərməsi hansı hüquqi əsaslarla mümkün olub və bu iddialar vaxtilə araşdırılıbmı?

Qeyd edək ki, hazırkı rəsmi məlumatlarda 48 saylı notariat ofisinin notariusu kimi Tufan Məmmədov göstərilir.

Məsələ ilə bağlı adıçəkilən şəxslərin və Ədliyyə Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: Dəryaz.az / DİA-AZ.COM
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az