• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Füzuli İcra başçısının müavinin qalmaqalları bitmək bilmir: Alı Alıyevin tapşırığı gülünc doğurdu

Cəmiyyət

26-01-2026, 15:01

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazovanın işdən azad edilməsi barədə ərizəsi və ona təhkim olunmuş xidməti avtomobili əlindən alınıb.

Demokrat.az-ın ədə etdiyi məlumata görə, bu addım xanım müavinin həyat yoldaşı və eyni zamanda sürücüsü olan Habil Eyvazovla bağlı sosial şəbəkələrdə yayılan qalmaqallı görüntülərdən sonra atılıb.

Ancaq hadisələrin gedişatı gözlənilməz istiqamətdə irəliləyib. Belə ki, icra başçısı Alı Alıyev yuxarı dairələrin iradəsinə zidd gedərək, köməkçisi İlkin Əmirliyə verdiyi tapşırıq əsasında sosial şəbəkələrdə Gülbahar Eyvazovaya “dəstək kampaniyası” başladılıb.

Eyni zamanda rayonun bütün vəzifəli şəxslərinə bu paylaşımları yaymaq və Gülbahar Eyvazova haqqında müsbət rəylər yazmaq tapşırığı verilib. İcra başçısının bu kampaniyası yerli sakinlər tərəfindən dəstəklənməyib və paylaşımlara reaksiya verənlər yalnız tapşırığı icra edən rəsmi şəxslər olub.

Maraqlısı odur ki, səhər saatlarında həm İcra Hakimiyyətinin rəsmi səhifəsində, həm də köməkçinin şəxsi profilində həmin paylaşımlar silinib.

Əldə etdiyimiz məlumata görə, İcra Hakimiyyətinin bu tapşırığı yuxarı instansiyalarda birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Füzuli RİH-də Gülbahar Eyvazovanın kurasiyasında olan hümanitar sahələrdə mövcud vəziyyət ürəkaçan deyil. Belə ki, rayonun təhsil sektorunda yol verilmiş qanunsuzluqlar və dövlət əmlakının mənimsənilməsi ilə bağlı çoxsaylı şikayətlər əsasında rayonun 30-a yaxın məktəbi ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırmalar aparılır.

Füzuli rayonun səhiyyə sahəsində isə həm prokurorluq, həm də Hesablama Palatası tərəfindən ciddi maliyyə pozuntuları aşkar edilib.

Dini və mənəvi sahədəki problemlər isə ictimailəşən məlum video ilə daha qabarıq şəkildə üzə çıxıb. Bu qədər iddiaların və araşdırmaların fonunda İcra Hakimiyyəti rəhbərliyinin hansı meyarlarla dəstək nümayiş etdirməyə çalışması anlaşılmaz qalır. Xüsusilə, şəhid ailələri ilə görüşlərin “xüsusi xidmət” kimi təqdim edilməsi tənqid olunur, çünki bu, hər bir vəzifəli şəxsin birbaşa xidməti borcudur.

Nəzərə almaq lazımdır ki, dövlət məmuru üçün ən böyük meyar xalqa xidmət və qanunların aliliyidir. Şəxsi maraqların rəsmi qurumların nüfuzu hesabına qorunmağa çalışılması dövlət maraqları ilə üst-üstə düşmür.(Demokrat.az)


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

20-01-2026, 17:56

İcra başçısının müavinin qalmaqalları bitmək bilmir — Alı Alıyevin tapşırığı gülünc doğurdu (FOTOLAR)

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Dünya

13-05-2024, 02:10

Ankaradakı Heydər Əliyev adına məktəbdə ümummilli liderin 101 illiyi qeyd olunub FOTOLAR

Gündəm / Cəmiyyət

11-08-2025, 16:56

“Məşğulluğun İşğalı” və Şapka Habil"in əməlləri -ŞOK İDDİA

Gündəm

5-04-2024, 20:55

Deputatlar bu gün nələri müzakirə etdi...

Cəmiyyət

21-01-2026, 09:39

İstefa edən məmurun əri videosuna görə üzr istədi - ƏTRAFLI

Cəmiyyət / Sosial

12-09-2023, 13:32

Zakir Fərəcov çökdürülür – İcra başçısının cinayət dosyesi

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Cəmiyyət

7-05-2023, 19:46

Mahaçqalada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib - FOTO

Araşdırma
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Hadisə
Bu gün, 12:46
Gəncədə 29 yaşlı kişi bıçaqlandı
Dünən, 16:09
53 yaşlı qadın göldə boğuldu
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
Xəbər lenti
  • Bu gün, 19:09
    Türkiyədə 1 tondan çox narkotik vasitə aşkarlanıb, 26 nəfər həbs edilib
  • Bu gün, 18:50
    Sabunçuda yol qəzası olub, ölən və yaralanan var
  • Bu gün, 18:38
    Cəlilabad Peşə Təhsil Mərkəzində birmənbə üsulu ilə tender - 72 min manat bu şirkətə verildi
  • Bu gün, 18:18
    Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
  • Bu gün, 18:04
    Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
  • Bu gün, 17:19
    "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar
  • Bu gün, 17:10
    Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi - Video
  • Bu gün, 16:32
    Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
  • Bu gün, 16:25
    Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur - 4 ildə 44 milyon manat...
  • Bu gün, 16:03
    Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH
  • Bu gün, 15:53
    Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO
  • Bu gün, 15:19
    "Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq
  • Bu gün, 15:07
    Türk Yurdu Naxçıvanda Türkmən Zirvəsi! - Türk Yurdu Nahçıvan’da Türkmen Zirvesi! FOTOLAR
  • Bu gün, 15:06
    İlqar Bayramlı Fatma Çandırovanı yola saldı - Emin yeni direktor ola biləcəkmi?
  • Bu gün, 14:53
    Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
  • Bu gün, 14:37
    Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir
  • Bu gün, 13:15
    AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
  • Bu gün, 13:01
    Sabah Bakıda 35 dərəcə isti olacaq
  • Bu gün, 12:46
    Gəncədə 29 yaşlı kişi bıçaqlandı
  • Bu gün, 12:17
    Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
  • Bu gün, 11:57
    Nazirlikdən avtomobillərini nizamsız park edənlərə - Müraciət - Video
  • Bu gün, 11:37
    Ukrayna Rusiyadakı "Lukoyl-Nijeqorodnefteorqsintez" NEZ-ə zərbə endirib
  • Bu gün, 11:25
    Nizami Tibb Mərkəzində Nələr Baş Verir? –Baş Həkimin Özbaşınalığı və İşgəncə İddiaları
  • Bu gün, 10:47
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
  • Bu gün, 10:38
    Gəncə Dövlət Universiteti "tilsimə düşüb": rektora DUR deyən yoxdur -PREZİDENTƏ MÜRACİƏT
  • Bu gün, 10:23
    Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb
  • Bu gün, 09:45
    Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
  • Bu gün, 09:19
    "Brent"in qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
  • Bu gün, 09:09
    İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
  • Bu gün, 01:24
    2 İyul – Dövlətçiliyin keşikçisi, xalqın təhlükəsizlik qalası: Azərbaycan Polisi
  • Dünən, 20:09
    İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır
  • Dünən, 18:00
    “AnewZ” Fransanın Afrikadakı təsirinin azalmasına dair film hazırlayıb - Video
  • Dünən, 17:30
    Bakıda musiqiçini maşın vurub öldürdü
  • Dünən, 17:08
    Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
  • Dünən, 16:58
    Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə