İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb.
Bu barədə nazir rəsmi “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə təşkilatla ölkəmiz arasında səmərəli əməkdaşlıq, Baş Assambleyanın 78-ci sessiyasında baş tutacaq Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammiti və üçüncü DİM Dialoqunun keçirilməsinə dair fikir mübadiləsi apardıq”.