• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan Çin ilə investisiya əməkdaşlığına dair saziş imzalayıb - FOTOLAR

İqtisadiyyat

1-09-2023, 15:05

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri çərçivəsində keçirilən görüşlərdə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə birgə əməkdaşlıq, “yaşıl enerji” və infrastrukturun inkişafı üzrə perspektiv layihələr müzakirə olunub.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri çərçivəsində bir sıra görüşlər keçirilib.

ÇXR-in Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye ilə görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri nəzərdən keçirilib.

Qeyd edilib ki, dövlət başçıları Prezident İlham Əliyev və Sədr Si Cinpinin siyasi iradəsi və dostluğu ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. İki ölkə arasında təşəkkül tapmış yüksək səviyyəli əlaqələr iqtisadi tərəfdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar yaradır.

Görüşdə dayanıqlı inkişafın təmin olunması sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verilib, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, həmçinin azad edilmiş ərazilərimizdə aparılan reinteqrasiya işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-26-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada da dövlət sektorunun yeni keyfiyyətə transformasiyası, ekosistemin keyfiyyətinin yaxşılaşdırılması, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması əsas hədəflərdəndir. Bütün bunlar beynəlxalq tərəfdaşlarla, o cümlədən Çinlə əməkdaşlığın intensivləşdirilməsi üçün münbit şərait yaradır.

Tərəflər arasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 22-ci iclası çərçivəsində Səmərqənddə keçirilən görüşdə hər iki ölkənin dövlət başçıları tərəfindən əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Bundan başqa, Azərbaycan və Çin arasında investisiya əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qeyd olunan sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün reallaşdırıla biləcək potensial layihələrə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmasında fəal mövqeyi, Orta Dəhlizdən səmərəli istifadə məqsədilə gələcək əməkdaşlıq imkanları təhlil edilib.

Görüşdə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi" imzalanıb. Sənədi Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Çin tərəfindən isə ÇXR Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye imzalayıblar. Çərçivə Sazişinə əsasən, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, bilik əsaslı sənaye və innovasiya, o cümlədən 4Sİ texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq nəzərdə tutulub.

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün ilə görüşdə ölkəmizin 2016-cı ildən bankla uğurlu əməkdaşlıq etdiyi və bu tərəfdaşlığın önəmi vurğulanıb. Bankın “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyəti, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, bankla reallaşdırılan birgə layihələr etibarlı enerji təminatçısı olan Azərbaycanın regional haba çevrilməsinə mühüm töhfə verir.

Bankla Cənub Qaz Dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmiryol infrastrukturu, gəmiqayırma və digər nəqliyyat-tranzit və logistika layihələri, həmçinin Orta Dəhlizin Azərbaycan seqmenti üzrə mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən yaşıl enerji və infrastrukturun inkişafı üzrə perspektiv layihələr müzakirə olunub.







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

7-09-2022, 18:23

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Siyasət

14-12-2022, 15:07

Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib

İqtisadiyyat

19-10-2022, 19:37

Rumıniya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat

13-04-2023, 15:07

Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib - FOTO

Siyasət

13-07-2022, 13:59

Əli Əsədov gürcüstanlı qubernatorla görüşdü

Siyasət

5-09-2022, 14:58

Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

İqtisadiyyat

7-03-2023, 00:21

İqtisadiyyat Nazirliyində görüş keçirilib - FOTO

İqtisadiyyat

18-02-2023, 20:50

Rusiya ilə bir sıra iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat

3-04-2023, 21:55

Azərbaycan və Rusiya arasında regionlararası əlaqələrin inkişaf dinamikası müzakirə olunub

İqtisadiyyat

7-06-2023, 20:43

Moldovanın ölkəmizdəki səfiri ilə görüş keçirilib - FOTO

İqtisadiyyat

12-04-2023, 23:25

Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru ilə onlayn görüş keçirilib

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 10:55
    Prezident: Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır
  • Bu gün, 10:44
    Muzey direktoruna "DUR" deyən olacaqmı?! -"Sehrli əllər"in sahibi kimlərdir?
  • Bu gün, 10:22
    İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib
  • Bu gün, 10:04
    Gəncə Dövlət Universitetində nə baş verir? - Yoxlama nələri aşkar etdi?l İDDİA
  • Bu gün, 09:22
    Masallı, Ağstafa və Samuxun bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Bu gün, 09:13
    Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
  • Bu gün, 08:54
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 21:44
    Lənkəranda gənc yazar Aynur İsmayılın “Təsadüfmü, zərurətmi?” kitabının təqdimatı keçirilib
  • Dünən, 19:01
    Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
  • Dünən, 18:45
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Dünən, 18:28
    Yaşıllaşdırma birliyi ağacları məhv edir? – Növbəti nöqsan
  • Dünən, 18:06
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Dünən, 17:55
    Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur" - Video
  • Dünən, 17:08
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Dünən, 16:52
    Elçin Yusubov baş məsləhətçiyə 80 minlik xidməti avtomobil verib - TƏFƏRRÜAT
  • Dünən, 16:14
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Dünən, 15:52
    YAP-ın Balakən təşkilatının eks sədri həbs edildi - BUNA GÖRƏ...
  • Dünən, 15:33
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Dünən, 15:02
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Dünən, 14:25
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Dünən, 13:11
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Dünən, 13:05
    Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
  • Dünən, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Dünən, 12:39
    Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • Dünən, 12:19
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Dünən, 12:11
    Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
  • Dünən, 11:49
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Dünən, 11:38
    Mandatından İMTİNA EDİR? - GƏLİŞMƏ
  • Dünən, 11:04
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Dünən, 10:47
    Mikayıl Cabbarovun sevimli kadrı HƏBS OLUNA BİLƏR - İDDİA
  • Dünən, 10:22
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Dünən, 09:54
    Bərdədə bir vaxtlar Statistika idarəsi deyilən bir idarə var idi
  • Dünən, 09:25
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Dünən, 09:17
    "Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
  • Dünən, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə