Dövlət Sərhəd Xidmətinin "Emalatxana avadanlıqları" ilğ bağlı elan etdiyi tender başa çatıb.
32gun.az xəbər verie ki, tebderin qalibi "NM STOCK" MMC olub. Tərəflər arasında 99.767,82 AZN-lik müqavilə imzalanacaq.
Bildirək ki, nizamanmə kapitalı 100 AZN olan "NM Stock" MMC-nin qanuni təmsilçisi NİGAR MƏHƏRRƏMOVA TAHİR QIZIdır. Şirkət 22.06.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevdir.