• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Aqrar Universitet ətrafında ciddi iddialar: ziyalılar Prezidentə MÜRACİƏT etdi

Təhsil / Bölgə

31-03-2026, 10:28

Azərbaycan Dövlət Aqrar Universitetində baş verənlərlə bağlı narahatedici iddialar gündəmə gəlib. Aqrar sahənin bir qrup ziyalısı məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev-ə müraciət ünvanlayıb.

BNTV.az-a Müraciətdə qeyd olunur ki, dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı hər zaman bu sahədə çalışanlar üçün mühüm stimul olub. Lakin iddiaya görə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov rəhbərliyi dövründə təhsil müəssisəsində ciddi idarəetmə problemləri yaranıb.

Ziyalıların bildirdiyinə görə, universitetdə kadr siyasəti qeyri-şəffaf şəkildə aparılıb, vəzifələrə təyinat zamanı peşəkarlıqdan çox şəxsi münasibətlərə üstünlük verilib. Həmçinin, bəzi hallarda vəzifələrin qeyri-rəsmi ödənişlər müqabilində verildiyi iddia olunur.

Müraciətdə daha bir diqqətçəkən məqam maliyyə pozuntuları ilə bağlıdır. Belə ki, 2025-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu-nun təqdimatı əsasında Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı ciddi nöqsanlar və yeyinti faktlarının aşkar edildiyi vurğulanır. Bildirilir ki, bu faktlar üzrə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanıb və hazırda iş Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılır. Eyni zamanda Hesablama Palatası-nın universitetdə yoxlamalarının davam etdiyi qeyd edilir.

Bununla belə, müraciət müəllifləri bildirirlər ki, Məcnun Məmmədov tərəfindən 11 mart 2026-cı il tarixində imzalanmış əmrə əsasən, elmi-tədqiqat institutlarının birləşdirilməsi üzrə yaradılmış İşçi Qrupuna rəhbərlik məhz Zəfər Qurbanova həvalə olunub. Bu qərarın isə aqrar ictimaiyyət arasında ciddi narahatlıq doğurduğu vurğulanır.

Ziyalılar hesab edirlər ki, aqrar sahə üzrə yetərli elmi və praktiki təcrübəyə malik olmadığı iddia edilən, üstəlik barəsində cinayət işi aparılan bir şəxsin belə mühüm prosesə rəhbərlik etməsi düzgün deyil və elmi əsaslı qərarların qəbuluna mənfi təsir göstərə bilər.

Müraciətdə həmçinin sual olunur ki, barəsində cinayət işi olan bir şəxsin yüksək vəzifələrə təyin olunmasına hansı əsaslarla şərait yaradılıb.

Sonda müraciət müəllifləri Prezidentdən qeyd olunan məsələlərin obyektiv araşdırılmasını və Azərbaycan Dövlət Aqrar Universitetində yaranmış vəziyyətlə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Müraciəti olduğu kimidə sizə təqdim edirik:

Cənab Prezident İlham Əliyev,
Sizin aqrar sahəyə və Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğı aqrar sahənin inkişafı üçün çalışan elmi işçilər, professor-müəllim heyəti üçün hər zaman qürur mənbəyi olmuşdur.
Etimad göstərərək Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin etdiyiniz Zəfər Qurbanov, təyin olunduğu gündən bu günə qədər aqrar təhsil ocağının idarə olunmasında ciddi nöqsanlara yol vermişdir. Universitetdə nə kadr islahatları düzgün aparılmış, nə də təhsil müəssisəsinin maddi-texniki bazası qorunub saxlanılmışdır. Əksinə, mövcud resursların şəxsi maraqlar naminə istifadəsi və mənimsənilməsi halları müşahidə olunmaqdadır.
Vəzifələrə təyin olunan şəxslərin əksəriyyəti ya şəxsi yaxınlıq əsasında seçilmiş, ya da vakant vəzifələrə qeyri-rəsmi ödənişlər müqabilində təyinatlar həyata keçirilmişdir. Bununla belə, rektor Zəfər Qurbanov çıxışlarında fəaliyyətinin guya “təmiz və şəffaf” olduğunu bildirir.
Lakin,  2025-ci ildə Baş Prokurorluğun təqdimatı əsasında Maliyyə Nazirliyinin yoxlama komissiyası tərəfindən aparılmış araşdırmalar zamanı ciddi maliyyə pozuntuları və yeyintilər aşkar edilmişdir. Bu faktlara əsasən, Gəncə şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır.Hazırda həmin cinayyət işi baş prokurorluğun korrupsiyaya qarşı mübarizə baş idarəsinə göndərilmişdir. Hal–hazırda hesablama palatasının müfəttişləri Aqrar Universitetdə yoxlamadadırlar
Buna baxmayaraq, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən 11 mart 2026-cı il tarixində, Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2026-cı il tarixli 599 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə elmi tədqiqat isititutlarının birləşdirilməsi məsələlərinin  həlli üzrə İşçi Qrupunun yaradılması barədə əmr imzalanmış və həmin İşçi Qrupuna rəhbərlik nədənsə Aqrar sahədən anlayışı olmayan Zəfər Qurbanova həvalə edilmişdir.
Haqqında cinayət işi açılmış və aqrar sahə üzrə yetərli elmi-təcrübi biliklərə malik olmayan bir şəxsin belə məsul komisyaya sədr təyin edilməsi, Elmi Tədqiqat İnstitutlarının birləşdirilməsi prosesinin elmi əsaslardan uzaq şəkildə həyata keçiriləcəyi ilə bağlı ciddi narahatlıq doğurur. Rektor Zəfər Qurbanovun nə aqrar elm, nə də aqrar tədqiqat sahəsində yetərli bilik və təcrübəyə malik olmadığı açıq şəkildə hiss olunmaqdadır.
Aqrar sahədən və elmdən uzaq şəxslərin rəhbər vəzifələrdə təmsil olunması bu sahənin inkişafına mənfi təsir göstərməkdə və onun tənəzzülünə səbəb olmaqdadır. Bu baxımdan, belə bir şəxsin mühüm qərarların qəbulunda iştirak etməsi məqsədəuyğun hesab edilmir.
Eyni zamanda sual doğurur ki, haqqında cinayət işi açıldığı halda, Zəfər Qurbanovun belə vəzifələrə təyin olunmasına necə şərait yaradılmışdır və bu təyinat hansı əsaslara söykənir.
Cənab Prezident,
İnanırıq ki, aqrar sahənin ziyalıları olaraq etdiyimiz bu müraciəti nəzərə alacaq, qeyd olunan halların obyektiv araşdırılmasını təmin edəcək və müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıqlar verəcəksiniz. Sizə əlavə olaraq bildirmək istəyirik ki, Z. Qurbanov (Neft mütəxəsisi) Respublikada yeganə kadr hazırlayan tədris ocağı özünün tənəzzül dövrünü yaşayır. O gələndən bəri universitetdə təhsil və tədris prosesi çökübdür. Ona görə də, Universitet barədə təcili tədbir görmək lazımdır.

  HÖRMƏTLƏ: Aqrar sahənin ziyalıları

Göndərən, N.Əliyev

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Təhsil

19-06-2024, 03:00

İLHAM ƏLİYEVƏ AÇIQ MƏKTUB "ZƏFƏR QURBANOV ADAU-NU MƏHVƏ APARIR"

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Cəmiyyət

21-02-2024, 10:35

Türkiyə-Azərbaycan Universitetində hansı ixtisaslar olacaq? - Tibb təhsili mümkündür...

Təhsil

15-05-2023, 01:54

Aqrar universitetdən Prezident İlham Əliyevə açıq məktub

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Dünən, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Dünən, 10:28
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • Dünən, 10:22
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Dünən, 10:03
    Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb
  • Dünən, 09:52
    Bu gün dollar neçəyədir? Mərkəzi Bank məzənnələri açıqladı
  • Dünən, 09:49
    Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
  • Dünən, 09:44
    “Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
  • Dünən, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • Dünən, 09:17
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • Dünən, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 20-09-2026, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • 20-09-2026, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • 20-09-2026, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • 20-09-2026, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə