• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qazax Dövlət Sosial-İqtisadi Kollecində milli dəyərlərə biganəlik və rüşvət narahatlıq doğurur + ŞOK İDDİA / FOTO+VİDEO

Cəmiyyət

23-10-2025, 12:07

Son dövrlərdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində təlim-tərbiyə prosesinə kifayət qədər nəzarət olunmadığı açıq-aşkar müşahidə edilir. Məktəbi bitirib həyata atılan gənclər bu gün milli musiqimizə deyil, rep və meyxana üslublu mahnılara üstünlük verirlər.

Bu isə təhsil müəssisəsinin əsas vəzifələrindən biri olan milli-mənəvi tərbiyənin geridə qalmasının əyani göstəricisidir.

Məsələni daha da ciddi edən isə kollecin rəhbərliyinin, xüsusilə direktor Elşad Quliyevin məktəbə lazımi diqqət yetirməməsidir. Görünür, Elşad Quliyevin başı daha çox şəxsi maraqlara və Qazaxda obyektlər, bahalı evlər tikdirməyə qarışıb. Nəticədə, tələbələr arasında milli-mənəvi tərbiyənin zəifləməsi və gənclərin milli dəyərlərə biganə yanaşması müşahidə olunur.

Təəssüf ki, yalnız təhsil verməklə kifayətlənən bir yanaşma burada yetərli deyil. Təhsil müəssisələri gəncləri milli ruhda yetişdirmək, vətənpərvər etmək və gələcək nəsli mədəni dəyərlərə hörmət ruhunda tərbiyə etmək missiyasını da daşıyır. Bu baxımdan Qazax Dövlət Sosial-İqtisadi Kollecində mövcud boşluqlar ciddi narahatlıq doğurur və dərhal tədbir görülməlidir.

Durumu daha da kəskinləşdirən məsələ isə sosial şəbəkələrdə yayılan videolar (cavid1999 TikTok hesabı ilə paylaşıblar) və şərhlərdə özünü göstərir. Bəzi tələbələr açıq şəkildə iddia edirlər ki, imtahanlarda 200–300 manat pul tələb olunur. Şərhlərdə qeyd olunur ki, bu ödənişlər yalnız qiymət üçün tələb olunur və gizli şəkildə təşkil edilir. Tələbələrin rəyinə görə, pul yığımı həm fənn müəllimləri, həm də bəzi hallarda rəhbərliyin müəyyən dairəsi vasitəsilə həyata keçirilir. Bu hallar təhsil prosesinə, tələbələr arasında ədalət prinsipinə və kollecin nüfuzuna ciddi zərbə vurur.

Cəmiyyətin, valideynlərin və mədəniyyət ictimaiyyətinin gözləntisi ondan ibarətdir ki, kollecin rəhbərliyi dərhal bu hallara diqqət yetirsin, rüşvət iddialarını araşdırsın və gəncləri milli dəyərlərə hörmət ruhunda tərbiyə etmək məsələsini prioritetə çevirsin. Milli musiqi, mədəni irs və dəyərlərin qorunması yalnız mədəniyyət ocaqlarının deyil, bütün təhsil müəssisələrinin vəzifəsidir.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən bu halların araşdırılması, aidiyyəti qurumların müdaxiləsi və tələbələr üçün şəffaf və ədalətli imtahan mühitinin yaradılması zəruridir. Əks halda, bu cür boşluqlar həm milli-mənəvi tərbiyəyə, həm də gələcək nəsil üçün təhsil sisteminin etibarlılığına ciddi zərbə vuracaq.

Xatırladaq ki, mətbuatda, eləcə də Sosial şəbəkələrdə rayona məxsus qrup və səhifələrdə yayılanlara görə Kollec direktoru Elşad Quliyevin Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya arxalandığı yazılıb.

Onu da xatırladaq ki, 2024-cü il 14-16 noyabr tarixlərində Gəncə, Qazax, Tovuz və Bakı Dövlət Universitetinin nəzdindəki kolleclərdə monitorinq keçirilib. Aşkarlanan nöqsanlara görə rəhbər şəxslərə şiddətli töhmət və xəbərdarlıq verilib. Mətbuatda yayılan məlumatlara görə, həmin vaxt Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quliyevə də şiddətli töhmət verildiyi bildirilir.

32gun.az
Ayaz Musaköylü

VİDEO LİNKDƏ: https://www.tiktok.com/@32gun.az/video/7563996791117499666?embed_source=121374463%2C121468991%2C121439635%2C121749182%2C121433650%2C121404359%2C121497414%2C121477481%2C121351166%2C121811500%2C121896267%2C121860360%2C121487028%2C121331973%2C120811592%2C120810756%2C121885509%3Bnull%3Bembed_blank&refer=embed&referer_url=32gun.az%2Fnews%2F56938%2Fqazax-dovlet-sosial-iqtisadi-kollecinde-milli-deyerlere-biganelik-ve-rusvet-narahatliq-dogurur-sok-iddia-fotovideo&referer_video_id=7563996791117499666






Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

18-09-2024, 13:10

Qazaxda “at oynadan” biznesmen kollec direktorunun “krışası” kimdir? - Aylığa bağlanan tələbələr, qohum-əqrəba yığıncağı

Gündəm / Cəmiyyət

31-08-2024, 09:48

Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəmmalı tenderlər... - BU NƏDİ BELƏ?!

Cəmiyyət

4-08-2022, 10:30

Nazirlik hərbçilərimizlə bağlı yeni məlumat yaydı

Gündəm / Cəmiyyət

17-10-2024, 18:57

"Müəllimlər kütləvi şəkildə işdən çıxarılır" - TOTAL NARAZILIQ!

Cəmiyyət

10-07-2025, 13:20

 ƏMRULLAYEV RÜŞVƏTXORLARA `STAVKA` EDİR: Boğaza qədər çirkabın içində olsan da olar - DƏLİXANADIR, VALLAH...

Cəmiyyət

18-06-2025, 12:10

 KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO

Cəmiyyət

3-02-2024, 01:57

Azərbaycan gəncləri dövlətin qayğısı ilə əhatə olunub

Təhsil / Araşdırma

13-07-2025, 10:29

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Cəmiyyət / Təhsil / Araşdırma

6-06-2025, 23:17

Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları

Gündəm / Cəmiyyət

15-07-2025, 12:10

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Təhsil

11-03-2024, 19:14

Bu kollecdə araşdırma: direktor əvəzi işdən qovuldu

Cəmiyyət / Təhsil / Araşdırma / Bölgə

11-06-2025, 02:57

Göyçay Peşə Liseyində qanunsuzluq və saxtakarlıq iddiaları: Məktəb həyətində dua-cadu və televiziya şousu

Araşdırma
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Hadisə
Dünən, 10:46
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
7-07-2026, 11:47
İkinci kurs tələbəsi vəfat etdi
7-07-2026, 11:20
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
6-07-2026, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
4-07-2026, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 13:41
Sürdüyü maşında öldü
Xəbər lenti
  • Bu gün, 12:19
    Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
  • Bu gün, 12:09
    Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır
  • Bu gün, 11:44
    Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb
  • Bu gün, 11:34
    “Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır
  • Bu gün, 11:04
    Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
  • Bu gün, 10:54
    Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
  • Bu gün, 10:32
    Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb
  • Bu gün, 10:28
    Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
  • Bu gün, 09:52
    Azərbaycan neftinin qiyməti 82 dolları keçib
  • Bu gün, 09:45
    ŞOK FAKTLAR: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
  • Bu gün, 09:24
    Bu gün Azərbaycanda Diplomatiya Günüdür
  • Dünən, 18:24
    Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH
  • Dünən, 18:01
    Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
  • Dünən, 17:17
    Türkiyə-NATO münasibəti: Alyansın qalxanı olan Cümhuriyyət - ŞƏRH
  • Dünən, 17:05
    DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
  • Dünən, 15:58
    Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
  • Dünən, 15:46
    Bir qrup diplomata diplomatik rütbələr verilib
  • Dünən, 15:27
    ATU 59 min manata nələr almağı planlaşdırır?
  • Dünən, 15:07
    HHQ və XTQ komandanları təltif olunub
  • Dünən, 14:59
    Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
  • Dünən, 14:39
    Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
  • Dünən, 13:11
    “İranla atəşkəs qüvvədən düşüb”
  • Dünən, 13:01
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
  • Dünən, 12:49
    NATO Ankara sammitində 50 milyardlıq müqavilə imzalandı
  • Dünən, 12:32
    Azərbaycan və İordaniya viza rejimini ləğv edir
  • Dünən, 12:25
    AHİK-də böyük qalmaqal - Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?
  • Dünən, 12:06
    Dövlət Agentliyinin yeni sədr müavini kimdir? - DOSYE
  • Dünən, 11:59
    Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
  • Dünən, 11:42
    Heç bir səhiyyə sistemi resursa doymur - TƏBİB
  • Dünən, 11:08
    “Lökbatan” çörəyindən görün nə çıxdı – Foto
  • Dünən, 10:46
    İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
  • Dünən, 10:37
    Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
  • Dünən, 10:14
    Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq
  • Dünən, 10:04
    Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - Azərbaycanda isə “CMS Properties” MMC adlı şirkət var
  • Dünən, 09:48
    Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə