Sizin reklam burada 728×90
Son dəqiqə

Heç bir səhiyyə sistemi resursa doymur - TƏBİB

08.07.2026 11:42 122 1 dəq oxunur
Heç bir səhiyyə sistemi resursa doymur - TƏBİB
Simulyasiya mərkəzləri beynəlxalq təcrübədə xüsusi yer tutur və tibb peşəsində peşəkarlığı artırmaq üçün vacibdir.

Bunu Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev deyib. Onun sözlərinə görə, bütün dünyada heç bir səhiyyə sistemi resursa doymur, ona görə də hər zaman bu proses davamlı təşkil olunmalıdır.

Bu mərkəzin xüsusilə Yeni Klinikada açılması TƏBİB komandasına çox böyük töhfələr verəcək. Mərkəz dövlət-vətəndaş cəmiyyətinin uğurlu partnyorluğunun nümunəsidir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az