Sizin reklam burada 728×90
Son dəqiqə

Dələduzluq adı altında REKLAM- “Baku Electronics”dən ….

18.02.2026 09:16 102 1 dəq oxunur
Dələduzluq adı altında REKLAM- “Baku Electronics”dən ….
“Leyla Əliyeva” adlı şəxs özəl profil hesabı ilə Facebook platformasında Baku Electronics şirkəti ilə bağlı yazı paylaşıb.
Yazıda şirkətin dələduzluq əməlləri ifşa edilib. Lakin şərhlərə nəzər saldıqda mətnin saxtakarlıq adı altında reklam olduğu məlum olub.

Ajans.az olaraq, məsələni dəqiqləşdirmək üçün “Baku Electronics” ilə əlaqə saxladıq.

Şirkət bizə bildirdi ki, məsələdən xəbərdardırlar.

“ Biz həmin yazını görmüşük və aidiyyəti üzrə yönləndirmişik. Həmin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmişik. Hazırda araşdırma aparılır.” deyə, şirkət qeyd edib.(Ajans.az )
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az