• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İcra olunmayan siyasət: yerlərdə yaranan maneələr Prezidentin iqtisadi kursuna necə kölgə salır? TOVUZDAN ŞİKAYƏT

Bölgə / Sosial

20-04-2026, 23:53

Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, sahibkarlığın inkişafı və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində son illərdə atılan addımların mərkəzində İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar dayanır. Xüsusilə tikinti və obyektlərin istismara qəbulu sahəsində prosedurların sadələşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim olunur.

Lakin Tovuz rayonunun Azaflı kənd sakini Oktay Alisgəndərovun müraciəti fonunda ortaya çıxan iddialar bu siyasətin kağız üzərində qalması ilə bağlı ciddi suallar yaradır. Sahibkarın təqdim etdiyi məlumatlara görə, obyektin istismara qəbulu üçün bütün tələb olunan prosedurlar yerinə yetirilib, dövlət rüsumları ödənilib, müvafiq qurumlardan müsbət rəylər alınıb ən əsası isə hüquqi əsas kimi Prezident fərmanına uyğun hərəkət edilib. Bu halda ən kritik sual ortaya çıxır: əgər sistem işləyirsə, niyə yekun qərar verilmir?

Bu, artıq texniki gecikmə deyil. Bu, ya idarəetmədə ciddi koordinasiya problemi, ya da daha təhlükəli ehtimal olan qəsdən yaradılan inzibati maneə kimi qiymətləndirilə bilər.

Mövcud vəziyyət göstərir ki, mərkəzi səviyyədə qəbul edilən qərarların taleyi çox vaxt yerli icra strukturlarının davranışından asılı qalır. Tovuz Rayon İcra Hakimiyyəti ilə bağlı səslənən iddialar təsdiqlənməsə də, onların mahiyyəti diqqət çəkir: VƏtəndaşın iddiasında müraciətlərə aydın cavab verilmir, qərarların səbəbi izah olunmur və proseslər qeyri-müəyyən şəkildə uzadılır. İndi bu halda vətəndaş və ya sahibkar nə etməlidir?
Bu isə faktiki olaraq belə bir mənzərə yaradır: Prezident fərman verir, amma sahibkar nəticəni ala bilmir. Bu ziddiyyət isə təkcə bir sahibkarın problemi deyil, dövlət siyasətinin yerlərdə necə icra olunduğuna dair ciddi siqnaldır.

Sahibkarın məhkəməyə müraciət etməsi hüquqi dövlət prinsiplərinə uyğun addımdır. Lakin işin uzanması ilə bağlı yayılan məlumatlar başqa bir problemi gündəmə gətirir: hüquqi müdafiə mexanizmləri operativ deyil, iqtisadi mübahisələr vaxtında həll olunmur və sahibkar faktiki olaraq “gözləmə rejimində” qalır.
Nəticədə, hüquqi yol formal olaraq mövcud olsa da, praktikada effektivliyi sual altına düşür. İqtisadiyyata verilən tövhə budurmu deyə sahibkar yenidən sual edir.
“AQROKİMYA” MMC ilə bağlı açıq mənbələrdə yer alan satınalma məlumatları və “bir mənbədən satınalma” halları ilə bağlı iddialar daha həssas bir məsələyə işarə edir: bazar bütün iştirakçılar üçün eyni dərəcədə açıqdırmı?

Əgər, bəzi şirkətlər dövlət sifarişlərinə daha asan çıxış əldə edirsə, digərləri isə sadə istismar aktını belə ala bilmirsə, bu artıq rəqabət mühitinin pozulması ehtimalını gündəmə gətirir.Bu isə birbaşa olaraq Prezidentin elan etdiyi bərabər və şəffaf iqtisadi mühit prinsipinə zidd görüntü yaradır. Görüntünü isə yenədə qurumlar məmur özbaşınalığından qaynaqlanan prosses kimi qiymətləndirilməkdədir.

Suvarma ilə bağlı səslənən iddialar məsələni daha da genişləndirir. Əgər su resurslarının bölgüsündə qeyri-bərabərlik varsa, bu kənd təsərrüfatı fəaliyyətinə zərbə vurur, fermerlərin gəlirini azaldır və sosial narazılığı artırır. Prezidentin kənd təsərüfatına diqqət və qayğısı fermerlərin diqqətindən yayındırılaraq şəxsi maraqlarını sərəncamlardan, ali tapşırıqlardan önə çəkərək “ağanzərəm belədə gəzərəm” deyərək niyətə xidmət etdirilir..
Daha təhlükəli ssenari isə budur torpaq sahibləri məhsuldarlıq azaldığı üçün torpaqlarını satmağa məcbur qalır. Bu, artıq iqtisadi deyil, sosial sabitlik məsələsinə çevrilə bilər.

Toplanan faktlar və iddialar bir ümumi nəticəyə gətirir ki, qanunvericilik bazası mövcuddur, siyasi iradə açıq şəkildə ifadə olunub və lakin icra mexanizmlərində ciddi boşluqlar var. Ən sərt ifadə ilə desək islahatlar var, amma onların yerlərdə icrası ya zəifdir, ya da selektiv xarakter daşıyır. Bu isə real sektorda fəaliyyət göstərən sahibkar üçün mesajı ötürür ki, qaydalar hamı üçün eyni deyil.

İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətin mahiyyəti ondan ibarətdir ki, şəffaflıq, bərabər imkanlar və sahibkarlığın qorunması əsas meyar kimi götürülməkdədir. Buna baxmayaraq sahibkarın sıxışdırılması yönündə atılan addımların olması ilə bağlı iddiallar səngimək bilmir. Yerli icra orqanlarında gecikən qərarlar, izahsız imtinalar və seçici yanaşma iddiaları dövlətin siyasətinin effektivliyinə kölgə salır.

Bu kölgəni yaradan isə fərmanların özü deyil, onların icra edilməməsi və ya təhrif olunmasıdır. Nəticə etibarı ilə əsas sual dəyişmir hətta sulların sayını artırır. Bu araşdırmadan sonra ən vacib sual açıq qalır: Dövlət başçısının iqtisadi siyasəti niyə bəzi hallarda yerlərdə işlək mexanizmə çevrilmir?

Əgər bu suala cavab verilməzsə, sahibkarların inamı azalması, investisiya mühiti zərər görməsinə və ən əsasıda islahatların real təsirin zəifləməsinə gətirib çıxarması ehtimalları gücləndirəcəkdir. Bu materialda səsləndirilən məqamlar iddialara və açıq mənbələrə əsaslanır. Lakin onların mahiyyəti kifayət qədər ciddidir və rəsmi qurumların susqunluğu vəziyyəti daha da mürəkkəbləşdirir.

Çünki bəzən problem təkcə qanunda deyil, problem qanunun necə tətbiq olunmasındadır.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm

4-01-2023, 22:16

Fərid Şərifov: Prezident İlham Əliyevin güclü siyasəti və rəhbərliyi ilə Azərbaycan respublikası hər zaman zirvələrdə olacaq

Cəmiyyət

13-08-2022, 18:14

Azərbaycan xalqı xoşbəxt xalqdır ki. onların İlham Əliyev kimi iradəli və mərd Prezidenti var

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

3-01-2025, 11:33

Tovuzda Sosial – İqtisadi Kollecin müəllimləri Həmkarlar İttifaqı “papka komitənin” üzvüdürlər

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

İqtisadiyyat

26-04-2024, 17:29

Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
Xəbər lenti
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Dünən, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Dünən, 17:34
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Dünən, 16:48
    Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Dünən, 16:29
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Dünən, 16:14
    Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
  • Dünən, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Dünən, 15:49
    Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
  • Dünən, 15:38
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Dünən, 15:09
    Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
  • Dünən, 14:58
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Dünən, 14:52
    Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI
  • Dünən, 14:51
    Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?
  • Dünən, 14:35
    Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
  • Dünən, 13:01
    Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • Dünən, 12:39
    Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib
  • Dünən, 12:28
    Peşə təhsil mərkəzində yeni təyinat - Avtomobil təmiri sexi, yeni adamlar...
  • Dünən, 11:58
    Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib
  • Dünən, 11:46
    “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
  • Dünən, 11:24
    Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq
  • Dünən, 11:15
    Dönərçi “Halal Food”u ifşa etdi – Foto
  • Dünən, 10:52
    Bakı, Sumqayıt və Abşeronda sabah pensiyaların ödənilməsi nəzərdə tutulub
  • Dünən, 10:43
    SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
  • Dünən, 10:01
    Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
  • Dünən, 09:49
    Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
  • Dünən, 09:29
    "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
  • Dünən, 09:22
    Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə