• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AMEA-nın 80 illik yubiley tədbiri: Dövlət başçısının elm strategiyası və gələcəyə baxışı

Cəmiyyət

6-11-2025, 11:06

Dövlət başçısından AMEA-nın 80 illik yubileyinə böyük dəstək Prezident İlham Əliyev Azərbaycan elminə siyasi-mənəvi dəstəyini nümayiş etdirib Dövlət başçsının baxışı ilə Azərbaycan elminin gələcəyi.

2025-ci ilin 3 noyabr tarixi Azərbaycan elmi ictimaiyyətinin yaddaşına xüsusi əlamətdar bir tarix kimi həkk olundu. Həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə dövlət başçısı Cənab İlham Əliyevin iştirakı və çıxışı ölkənin elmi-mədəni həyatında mühüm hadisə kimi dəyərləndirildi. Bu tədbir təkcə elm ocağının yubileyi deyil, həm də müstəqil Azərbaycanın elminə, ziyalısına və milli intellektual potensialına verilən ali qiymətin təzahürü idi.

Prezident İlham Əliyev çıxışının əvvəlində AMEA-nın 80 illik fəaliyyətini yüksək qiymətləndirərək, onun ölkəmizin elmi və intellektual həyatında oynadığı aparıcı rolu xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, AMEA müxtəlif ictimai-siyasi dövrlərdə, fərqli şəraitlərdə fəaliyyət göstərsə də, Azərbaycan hər zaman elmin inkişafına böyük diqqət ayırmış, elmi potensialını qoruyub saxlamışdır. Akademiyanın elmi nailiyyətləri və formalaşdırdığı elmi məktəblər ölkənin mədəni, iqtisadi və texnoloji inkişafına mühüm töhfə vermişdir.

Prezident İlham Əliyev alimlər qarşısında çıxışı zamanı xüsusilə Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında göstərdiyi misilsiz xidmətləri xatırlayıb. Bildirib ki, 1970-ci illərdə məhz Heydər Əliyevin rəhbərliyi ilə AMEA-nın fəaliyyətinin genişləndirilməsi, yeni elmi-tədqiqat institutlarının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi kadrların hazırlanması sahəsində böyük addımlar atılmışdı. Ulu Öndərin bu strategiyası müstəqillik illərində də davam etdirilərək Azərbaycanın yüksəkixtisaslı kadrların beynəlxalq səviyyədə yetişdirilməsinə, elmi irsin davamlı inkişafına zəmin yaratmışdır.

Prezident İlham Əliyev çıxışında 10 il əvvəl — AMEA-nın 70 illik yubileyi münasibətilə keçirilən tədbirdə söylədiyi fikirlərə istinad edərək, ötən illərdə həm ölkə, həm də dünya miqyasında baş verən köklü dəyişikliklərə diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, bu dövr ərzində Azərbaycan mühüm tarixi nailiyyətlər əldə edib, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə milli dövlətçiliyini tam şəkildə möhkəmləndirib. Qazanılan Qələbə və onun nəticəsində yaranan yeni reallıqlar ölkənin elmi siyasətinin də yeni mərhələyə qədəm qoymasına səbəb olub.

Dövlət başçısı yubiley tədbirindəki çıxışında çağdaş dövrün əsas prioriteti olan texnoloji inkişafın əhəmiyyətinə də toxunub. Prezidentin sözlərinə görə, bu gün hər bir ölkənin iqtisadi qüdrəti, təhlükəsizliyi və beynəlxalq nüfuzu birbaşa texnoloji imkanlardan asılıdır: “Bu gün biz bunu iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, o cümlədən yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür”. Prezident İlham Əliyev “dövlət bu istiqamətdə elm adamlarına hərtərəfli dəstək göstərəcək, elmi-texnoloji inkişaf milli strategiyanın aparıcı xəttinə çevriləcək” sözləri ilə Azərbaycan elminə, alim və ziyalılarımıza diqqət və qayğısını nümayiş etdirib.

Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı ilə bağlı danışarkən Azərbaycan tarixinin elmi tədqiqinin və təbliğinin vacibliyini də önə çəkib. Dövlət başçısı bildirib ki, ölkəmizin zəngin tarixi uzun illər ərzində Ermənistan və erməni diasporu tərəfindən saxtalaşdırılmış, bu istiqamətdə aparılan təbliğat bu gün də davam edir. Ölkə rəhbəri alimləri Azərbaycan tarixini, xüsusilə Qarabağ və Zəngəzura dair tarixi həqiqətləri obyektiv şəkildə araşdırmağa, dünya ictimaiyyətinə elmi əsaslarla çatdırmağa və gənc nəsillərə təqdim etməyə çağırıb.

Son illərin ən mühüm tendensiyası kimi süni intellekt və rəqəmsallaşma, o cümlədən kibertəhlükəsizlik məsələsinin əhəmiyyətini xüsusi qeyd edən Cənab Prezident, Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı və tətbiqi üçün zəruri addımların atıldığını, bu prosesdə alimlərin və tədqiqatçıların fəal iştirakının vacibliyini vurğulayıb: “Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm”.

Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin qorunması məsələsini milli kimliyin və dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi dəyərləndirib. 10 il əvvəl AMEA-nın 70 illik yubileyində səsləndirdiyi təklifləri xatırladaraq bildirib ki, bu istiqamətdə mühüm addımlar atılsa da, problem tam aradan qalxmayıb. “50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur” – deyən dövlət başçısı əlavə edib ki, dilimizin ədəbi normalarının qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin mənəvi borcudur. Dilin milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu qeyd edən Prezident, hər bir ziyalını, alimi bu sahədə birgə fəaliyyətə səsləyib.

Nitqinin sonunda Prezident İlham Əliyev 2020-ci il Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə keçiriləcək hərbi paradın böyük mənəvi və siyasi əhəmiyyət daşıdığını bildirib. Dövlət başçısı tarixi nitqini bu sözlərlə tamamlayıb: “Mən sizi, bütün Azərbaycan xalqını həm Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə, həm də qarşıdan gələn Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram”.

Prezidentin AMEA-nın 80 illik yubileyində çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycan elminin gələcək inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı hər bir Azərbaycan aliminin, ziyalısının qarşısına yeni vəzifələr qoyaraq onları elmin inkişafına, texnoloji tərəqqiyə və milli-mənəvi dəyərlərin qorunmasına səsləyib.
İnanırıq ki, ölkə rəhbərinin çıxışı Azərbaycan elminin yeni mərhələyə yüksəlməsi, beynəlxalq elmi məkanla inteqrasiyası və milli intellektual potensialın daha da gücləndirilməsi üçün stimul olacaq, bu istiqamətdə yeni imkanlar açacaq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Cəmiyyət

5-01-2025, 23:52

Akademik Cavad Abdinov: “Bərk cisim elektronikasının inkişafı üçün böyük müəssisələr, istehsal sahələri və texnoloji infrastrukturun olması vacibdir”

Mədəniyyət

8-03-2025, 10:40

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm

4-01-2023, 22:16

Fərid Şərifov: Prezident İlham Əliyevin güclü siyasəti və rəhbərliyi ilə Azərbaycan respublikası hər zaman zirvələrdə olacaq

Cəmiyyət

13-08-2022, 18:14

Azərbaycan xalqı xoşbəxt xalqdır ki. onların İlham Əliyev kimi iradəli və mərd Prezidenti var

Mədəniyyət

14-12-2024, 16:02

Akademik Tofiq Nağıyev: “Bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri ekoloji problemlərin yalnız milli deyil, həm də regional həllini təmin etməkdir”

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Təhsil

27-03-2024, 23:06

Azərbayanda elm sahəsinə göstərilən diqqət və qayğı xalqımız üçün böyük və işıqlı gələcək vəd edir

Araşdırma
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Hadisə
Bu gün, 10:46
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
Dünən, 11:47
İkinci kurs tələbəsi vəfat etdi
Dünən, 11:20
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
6-07-2026, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
4-07-2026, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 13:41
Sürdüyü maşında öldü
Xəbər lenti
  • Bu gün, 18:24
    Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH
  • Bu gün, 18:01
    Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
  • Bu gün, 17:17
    Türkiyə-NATO münasibəti: Alyansın qalxanı olan Cümhuriyyət - ŞƏRH
  • Bu gün, 17:05
    DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
  • Bu gün, 15:58
    Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
  • Bu gün, 15:46
    Bir qrup diplomata diplomatik rütbələr verilib
  • Bu gün, 15:27
    ATU 59 min manata nələr almağı planlaşdırır?
  • Bu gün, 15:07
    HHQ və XTQ komandanları təltif olunub
  • Bu gün, 14:59
    Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
  • Bu gün, 14:39
    Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
  • Bu gün, 13:11
    “İranla atəşkəs qüvvədən düşüb”
  • Bu gün, 13:01
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
  • Bu gün, 12:49
    NATO Ankara sammitində 50 milyardlıq müqavilə imzalandı
  • Bu gün, 12:32
    Azərbaycan və İordaniya viza rejimini ləğv edir
  • Bu gün, 12:25
    AHİK-də böyük qalmaqal - Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?
  • Bu gün, 12:06
    Dövlət Agentliyinin yeni sədr müavini kimdir? - DOSYE
  • Bu gün, 11:59
    Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
  • Bu gün, 11:42
    Heç bir səhiyyə sistemi resursa doymur - TƏBİB
  • Bu gün, 11:08
    “Lökbatan” çörəyindən görün nə çıxdı – Foto
  • Bu gün, 10:46
    İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
  • Bu gün, 10:37
    Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
  • Bu gün, 10:14
    Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq
  • Bu gün, 10:04
    Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - Azərbaycanda isə “CMS Properties” MMC adlı şirkət var
  • Bu gün, 09:48
    Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
  • Bu gün, 09:42
    Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub
  • Bu gün, 09:25
    ABŞ və İran bir-birinin 80-dən çox hərbi obyektinə qarşılıqlı zərbələr endirib
  • Bu gün, 09:15
    Levanevski küçəsində müəmmalı tikinti - Rafiq Quiyev bu işə necə "yaşıl işıq" yandırıb? - VİDEO
  • Bu gün, 08:57
    Paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 18:03
    Quba–Xaçmaz RTİ-də mühüm kadr dəyişikliyi: Fikrət Heybətov vəzifəsindən azad edildi
  • Dünən, 18:00
    Narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər 3 min manatadək cərimələnəcək
  • Dünən, 17:30
    Fransa və Suriya Bəşər Əsədin əmisindən müsadirə edilmiş vəsaitlərin Dəməşqə qaytarılması prosesinə başlayıb
  • Dünən, 17:00
    2029-cu ildə əhali siyahıya alınacaq
  • Dünən, 16:17
    Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
  • Dünən, 16:03
    Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
  • Dünən, 15:53
    Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə